Tacikistan Mədəniyyət Nazirliyinə istinadən verdiyi məlumata görə, 13 oktyabr 2021-ci ildən 10 yanvar 2022-ci ilədək Guimet Muzeyində keçiriləcək Tacikistana həsr olunmuş sərgi üçün Tacikistanın 211 tarixi əsəri Parisə göndərilib.
Turaz.org xəbər verir ki, TC rəsmisi, əşyaların Tacikistan Milli Muzeyi və Tacikistan Milli Qədim Muzey tərəfindən verildiyini söyləyir.
71 əşya Tacikistan Milli Muzeyi, 140 digər əşya isə Tacikistan Milli Qədim Tarixi Muzeyi tərəfindən təmin edilib.
“Tacikistan-Qızıl çaylar diyarı” adlandırılan Tacikistanın tarixi əşyalar sərgisinin qədim tacik mədəniyyətini təqdim etmək və Tacikistanla Fransa arasında ikitərəfli əməkdaşlığı daha da genişləndirmək üçün yaxşı bir fürsət olacağı gözlənilir.
Sərgi çərçivəsində Tacikistanın tarixi və turistik yerləri haqqında sənədli filmlər nümayiş olunacaq.
Xatırladaq ki, 14 dekabr 2018-ci il tarixində Parisdə Guimet Muzeyi, Tacikistan Elmlər Akademiyasının Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutu və Tacikistan Milli Muzeyi arasında müqavilənin imzalanması mərasimi keçirilib.
Guimet Muzeyi, Fransanın Paris şəhərində yerləşən bir sənət muzeyidir. Asiya sənətinin xaricdəki ən böyük kolleksiyalarından birinə sahibdir.
Sənayeçi Emile Etienne Guimet tərəfindən qurulan muzey ilk dəfə 1879-cu ildə Lionda açılıb, lakin daha sonra Parisə köçürülüb. Həyatını səyahətə həsr edən Guimet, 1876-cı ildə Uzaq Şərq dinlərini öyrənmək üçün Xalq Təhsil Naziri tərəfindən vəzifəyə təyin edilib və muzeydə Çin və Yapon çini qablarının gözəl kolleksiyası və bir çox əşyalar da daxil olmaqla bu ekspedisiyanın bir çox nümunələri var, onlar yalnız Şərq dinlərinə deyil, həm də qədim Misir, Yunanıstan və Romaya aiddir. Qanadlarından biri olan Panteon Bouddhique, dini sənət əsərlərini nümayiş etdirir.
Muzeyin bəzi əsərləri müstəmləkəçilik dövründə Fransa hakimiyyəti tərəfindən Cənub-Şərqi Asiyadan toplanmışdır.
2006-cı ilin dekabrından 2007-ci ilin aprelinə qədər muzeydə Kabil Muzeyinin kolleksiyaları, Yunan-Baktriya Ay-Xenum şəhərinin arxeoloji parçaları və Tillia Təpədəki Hind-İskit xəzinəsi saxlanılırdı.
Tərcüməçi: Həmidə İskəndərova
Həmçinin bax: turaz.org/sovket-mirziyoyev-surxandarya-vilayetine-sefer-edib
Həmçinin bax: kafkazh.com/psixoloji-cins-ve-bioloji-cins-nedir
Son Xəbərlər
İrəvanın 2 yolu var: əgər sülh bağlamasa…
NATO Hitlerin siyasətini aparır – Lavrov
Türkiyədə müxalifət partiyası prezident seçkilərinin ikinci turunda dəstəkləyəcəyi namizədin adını açıqlayıb