Qırğızıstan Respublikası Dövlət Təhlükəsizlik Komitəsinin mətbuat xidmətinin məlumat verir ki, Tacikistanla imzalanan protokol dövlət sərhədinin delimitasiyası və demarkasiyası prosesləri başa çatana qədər müvəqqətidir.
Turaz.org bildirir ki, cari ilin sentyabrın 25-də Qırğızıstanın Milli Təhlükəsizlik Dövlət Komitəsinin rəhbərləri Kamçıbek Taşiyev və Tacikistanın Saimumin Yatimov arasında danışıqların nəticələrinin ardınca, protokol imzalanıb. Tərəflər protokola uyğun olaraq Tamdıq (Qırğızıstan) və Bedak (Tacikistan), Bulak-Başi (Qırğızıstan) və Keh (Tacikistan) 4 sərhəd zastavasında , Katta-Tuz (Qırğızıstan) və Karakçikum (Tacikistan) postları, Çayxana (Qırğızıstan) ərazisində Ak-Sai və Xocai-Alo (Tacikistan) ərazisində Şarşara postlarında hər hansı növ sərhəd qoşunlarının çıxarılması və bundan sonra yerləşdirilməməsinə razılaşıblar. Bu bölmələrin bina və tikililəri söküləcək.
Dövlət Təhlükəsizlik Xİdməti bildirib ki, bu protokol Qırğızıstan Respublikası və Tacikistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası prosesləri başa çatana qədər müvəqqəti xarakter daşıyır. Hal-hazırda bu ərazilərdə Qırğızıstan-Tacikistan dövlət sərhədinin mühafizəsi tərəflərin sərhəd boyu, ciddi şəkildə tərəflərin müəyyən etdiyi və razılaşdığı marşrutlar üzrə xidmət aparacaq çevik mühafizə dəstələri tərəfindən həyata keçirilir.
İmzalanmış protokola istinadən, tərəflər Qırğızıstan Respublikası və Tacikistan Respublikasının sərhəd bölgələrində yaşayan əhalisinin bu ərazilərə daxil olmasını öz öhdələrinə götürürlər. Bu da sərhədlərin qanuni olaraq müəyyən edilməsinə qədər bu ərazilərdə hər hansı təsərrüfat və ya digər fəaliyyətlərin həyata keçirilməsinə mane olur.
Sərhədin delimitasiyası və demarkasiyası üzrə tərəflərin komissiyasının müvafiq işi davam edir.
Müxbir:Aytac Cəfərova
Tərcümə etdi:Nigar Yusubova
Son Xəbərlər
Azərbaycan İspaniya ilə potensial əməkdaşlıq üçün 4 istiqamət müəyyənləşdirib
BMT-nin Baş katibi: “Terrorizm bütün dünyada güclənir”
Çində soyuducu anbarda baş verən yanğında 11 nəfər ölüb