Noyabr 28, 2021

Tacikistanla sərhəd, delimitasiya və demarkasiya proseduru başa çatdıqdan sonra açıq olacaq

Tacikistanla sərhəd delimitasiya və demarkasiya proseduru başa çatdıqdan sonra açılacaq, bunu mətbuat konfransı zamanı jurnalistlərin sualını cavablandıran Qırğızıstan Prezidenti Sədir Cəfərov deyib.

Turaz.org xəbər verir ki , bundan əvvəl Qırğız Respublikasının Nazirlər Kabineti Tacikistandan olan tələbə və müəllimlərin Qırğızıstana daxil olmasına icazə verib.

“Tələbələr oxumalıdır. Lakin sərhəd, delimitasiya və demarkasiya prosedurları başa çatdıqdan sonra münaqişələrin qarşısını almaq üçün açıq olacaq “deyə bildirilib.

Qeyd edək ki , Qırğızıstan-Tacikistan sərhədi 2021-ci ilin may ayında Tacikistanla sərhəd münaqişəsindən sonra, 36 Qırğızıstan vətəndaşının sərhəddə öldürülməsindən sonra bağlanıb.

Tərcümə edən: Şirinzadə Aliyə

Həmçinin bax: https://turaz.org/prezident-seckileri-ucun-erkrn-srsvermede-420-minden-cox-secici-istirak-edib/

Translate »