Oktyabr 3, 2022

Tacikistanla sərhəddə münaqişə 36 qırğızıstanlının ölümünə səbəb olub: SON MƏLUMATLAR

Qırğızıstanın Səhiyyə Nazirliyi bazar günü səhər saat 10:00-a olan məlumata əsasən bildirir ki, Qırğızıstan tərəfdən daha 12 nəfər dünyasını dəyişmiş və Batken vilayətinin səhiyyə müəssisələrinə yerləşdirilib.

Turaz.org xəbər verir ki, Batkendə silahlı qarşıdurma nəticəsində ümumilikdə 36 nəfər həlak olub. Xəsarət alanların sayı 129 nəfərdir, onlardan 7 nəfəri ambulator müalicəyə göndərilib.

Sentyabrın 14-də Tacikistan Qırğızıstanın sərhəd zastavalarına və kəndlərinə hücum edərək silahlı təcavüz nümayiş etdirib. Sentyabrın 16-da Tacikistan tərəfi əvvəllər əldə edilmiş bütün razılaşmaları pozaraq, Batken vilayətində Qırğızıstan-Tacikistan dövlət sərhədinin bütün perimetri boyunca sərhəd və mülki obyektlərə yenidən hücum edib.

Tacikistan Qırğızıstan ərazisini ələ keçirmək üçün ağır zirehli texnika, reaktiv yaylım atəş sistemləri (MLRS) və təyyarələrdən istifadə edib. Batken vilayətində fövqəladə vəziyyət rejimi tətbiq edilib.

Müxbir: Aytac Cəfərova
Həmçinin bax: turaz.org/qirgizistanlilar-tacikistani-isgalina-abs-in-boyuk-seherlerinde-etiraz-edirler
Həmçinin bax: kafkazh.com/azerbaycan-ssr-de-korenizasiya-siyaseti-l-hisse

Translate »