Oktyabr 20, 2021

Tailandda pandemiyanın ikinci dalğası üçün bir milyon könüllü səfərbər olunur

Tailandda COVID-19 pandemiyasının mümkün ikinci dalğasına hazırlıq məqsədilə bir milyondan çox səhiyyə könüllüsü qeydiyyata alınıb.
Turaz.org Tailandın İctimai Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, son günlər virusun sürətlə yayıldığı qonşu Myanmadan miqrant işçilərin sərhədi qanunsuz keçməsi hallarından sonra ölkəyə xaricdən virus axını sayəsində ikinci dalğanın baş verəcəyi ehtimalı yaranıb. Artıq ölkənin səhiyyə sisteminin hazırlıq vəziyyətinə gətirilməsinə başlanılıb. Elə könüllülərin cəlb olunması da bu məqsədi güdür.
Nazirliyin rəsmisi Thanitpol Cayanandana deyib ki, ötən 100 gündə ölkədaxili cəmi bir yoluxma qeydə alınsa da, xaricdən virus axını ehtimalı narahatlıq yaradır. Bu narahatlıq əsasən ölkənin şimal qonşusu olan Myanma ilə bağlıdır. Qonşu ölkə ilə 560 kilometrlik sərhəd xəttinin böyük hissəsi sıx meşəliklərdən keçir ki, bu da Myanmadan olan miqrant işçilərin asanlıqla Tailanda qanunsuz keçməsinə imkan verir.
Qeyd edək ki, Tailandda indiyədək COVID-19 infeksiyasına 3511 yoluxma qeydə alınıb, 59 nəfər ölüb. Ölkədə xüsusən mart və aprel ayında gündəlik yoluxma sayları yüksək olub. Son günlər isə yoluxma sayı təkrəqəmli ədədlə ifadə olunur.

Müxbir: Turaz.org xüsusi müxbiri Hüseynova Jalə

Həmçinin bax:https://turaz.org/azerbaycan-mehsullari-worldfood-moscow-2020-beynelxalq-sergisinde/

Həmçinin bax:https://turaz.org/astarada-turizm-kompleksi-istifadeye-verilib-lenkeranda-is-yeni-brendle-cay-istehsalina-baslanilib/

Translate »