Noyabr 28, 2021

Taliban ABŞ və Aİ-yə Əfqan qadınlarının təhsil alması ilə bağlı təklif irəli sürüb

Əfqanıstanda hakimiyyəti ələ keçirən Taliban terror təşkilatı ABŞ və Avropa İttifaqına yeni təklif irəli sürüb.

Turaz.org xəbər verir ki, Talibanın Maliyyə Nazirliyinin sözcüsü Əhməd Vəli Haqmal ABŞ və Avropadakı dondurulmuş hesabların açılması və Əfqan rezervlərin bərpa edilməsi qarşılığında qadınların təhsil almasına imkan yaradacaqlarını və insan hüquqlarına hörmət edəcəklərini bəyan edib.

Haqmal qadınların kişilərdən ayrı siniflərdə dərs ala biləcəklərini qeyd edib. O, həmçinin şəriətə zidd olan bir çox şeyi qadağan ediləcəyini də deyib. ABŞ və Avropanın bu təklifə hansı cavabı verəcəyi isə maraq doğurur.

Translate »