Noyabr 28, 2021

“Taliban” Əfqanıstanın Balx əyalətinə xüsusi təyinatlı qüvvələr göndərir

Taliban” hərəkatı Əfqanıstanda təhlükəsizliyi təmin etmək üçün Balx əyalətinin paytaxtı Məzari Şərifdə fəaliyyət göstərəcək xüsusi təyinatlı qüvvələr yaradıb.

Turaz.org-un məlumatına görə, bu barədə “Tolo News” yerli təhlükəsizlik qüvvələrinə istinadən xəbər verib.

Telekanalın məlumatına görə, bölmə “Mansuri diviziyası” adlanır. Xüsusi bölmənin üzvləri əsas vəzifələrinin Məzari-Şərif şəhərində artan cinayətlə mübarizə aparmaqdan ibarət olduğunu bildiriblər. Telekanal bildirib ki, təhlükəsizlik qüvvələri yaxşı təlim keçib və silahlanıb. Onların tabeliyindəki silah və hərbi texnikanın çoxu ABŞ-da istehsal olunur.

Balx əyaləti Əfqanıstanın şimalında yerləşir və Özbəkistan, Tacikistan, Türkmənistanla həmsərhəddir. Bəzi mənbələrə görə, təxminən 500 min insanın yaşadığı Məzari-Şərif şəhəri əhəmiyyətli ticarət və nəqliyyat mərkəzidir.

Müxbir: Əzizə Əlizadə

Translate »