Oktyabr 19, 2021

Taliban əfqanların bank əmanətlərinin təhlükəsizliyini təmin edəcək

Ölkənin mərkəzi bankı Əfqanların ticarət banklarında əmanətlərinin təhlükəsizliyini təmin etdiyini bildirib.

Turaz.org XInhua- ya istinadən xəbər verir ki, ölkənin mərkəzi bankı Da Əfqanıstan Bankının müvəkkilinin, Əfqanların ticarət banklarında əmanətlərinin təhlükəsizliyini təmin etdiyini təsdiqləyib.

“Da Əfqanıstan Bankı, həmvətənlərimizi əmin edir ki, ölkədə fəaliyyət göstərən bütün kommersiya bankları ciddi nəzarət altındadır və əməliyyatlarını əvvəlkindən daha yaxşı həyata keçirirlər. Banklar tamamilə təhlükəsizdir”, – deyə valinin sözçüsü Məhəmməd İdris bildirib.

Bəyanatda deyilir ki, bölgədəki və dünyanın bütün kommersiya bankları adətən kapitallarının 10 faizini nağd olaraq saxlayır, qalan hissəsini isə müxtəlif ticarət fəaliyyətlərində istifadə edir və insanlarına faydalı xidmətlər göstərir.

“Əfqanıstandakı kommersiya bankları, orta hesabla, Əfqanıstanın və xarici valyutanın yüzdə 50 -nə sahibdir. Bu səbəbdən bank sektoru yaxşı vəziyyətdədir. Bu banklar Əfqanıstanın iqtisadi artımında faydalı rol oynamaq üçün ölkə daxilində və xaricində müəyyən miqdarda pul yatırıblar”, – deyə vali bildirib.

Bu bəyanat, minlərlə müştərinin, Taliban-ın avqustun ortalarında ələ keçirməsindən sonra əmanətlərini geri çəkmək üçün uzun növbələrdə gözlədiyi vaxt gəlib.

ABŞ tərəfindən Əfqanıstanın bank aktivlərinin dondurulması, habelə Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun (BVF) vəsaitlərinin dayandırılması ilə bağlı məlumatlar Əfqanıstanda narahatlıq yaradıb.

28 avqustda DBA, Mərkəzi Asiya ölkəsindəki bütün banklara hər həftə bir müştəri üçün 200 ABŞ dolları və ya 20000 əfqan pul çıxarmaq üçün müvəqqəti limit qoyan bir əmr verib.

Tərcümə edən: Həmidə İskəndərova

Həmçinin bax:https://turaz.org/ktmt-dovlet-bascilarinin-birge-fotosekil-cekdirme-merasimi-kecirilib/

Translate »