Oktyabr 20, 2021

“Taliban” Heratda 145 əfqan xüsusi təyinatlısını həbsdən azad edib

“Taliban” Əfqanıstanın qərbində yerləşən Herat əyalətində saxlanılan əfqan xüsusi təyinatlılarının 145 əsgərini azad edib.

Turaz.org xəbər verir ki, Əfqanıstanın yerli telekanalı “Tolo News” avqustun 20-də keçmiş Əfqanıstan hökumətinin bəzi yüksək vəzifəli məmurlarının “Taliban” tərəfindən tutulduğunu və itkin düşdüyünü bildirmişdi.

Belə ki, Əfqanıstanın şərqində yerləşən Laqman əyalətinin valisi Əbdül Vəli Vahidzai və bölgənin polis idarəsinin rəisi Lotfullah Kamran taliblərin hücumu zamanı onlara təslim olublar. Qəzni əyalətindəki polis idarəsinin rəisi Məhəmməd Haşim Qalji “Taliban” bölgənin inzibati mərkəzinə daxil olduqdan sonra yoxa çıxıb.

Bu həftənin əvvəlində “Taliban” onlara qarşı çıxan hər kəsi əfv etdiyini açıqlayıb.

Müxbir: Əzizə Əlizadə

Həmçinin bax:https://turaz.org/turkiye-daha-357-vetendasini-efqanistandan-texliye-edib/

Translate »