Yanvar 26, 2022

Taliban Özbəkistan hakimiyyətinə təhdid olmadıqlarını əmin edib

Noyabrın 30-da Özbəkistan prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi İsmətulla İrqaşevin başçılıq etdiyi nümayəndə heyəti Kabilə səfər edərək Əfqanıstanın müvəqqəti hökumətinin üzvləri ilə görüşlər keçirib.

Turaz.org xəbər verir ki, XİN-in mətbuat xidmətindən verilən məlumata görə, Nazirlər Kabinetinin, Xarici və Daxili İşlər, İctimai İşlər, İqtisadiyyat və Energetika nazirliklərinin rəhbərliyi ilə danışıqlar aparılıb. Ölkədəki mövcud vəziyyət, Əfqanıstan xalqına humanitar və digər yardımların göstərilməsi istiqamətində görülən işlər, enerji və nəqliyyat sahələrində iri infrastruktur layihələrinin həyata keçirilməsi müzakirə olunub.

Əfqanıstanın müvəqqəti hökumətinin üzvləri bu çətin zamanda əfqan xalqına göstərdiyi fəal dəstəyə, ölkədə sülh və əmin-amanlıq yaratmaq səylərinə görə Prezident Şövkət Mirziyoyevə səmimi minnətdarlıqlarını bildiriblər. Elektrik enerjisinin fasiləsiz verilməsi, Özbəkistan-Əfqanıstan sərhədinin fəaliyyəti, Məzari-Şərif beynəlxalq hava limanının bərpasına kömək, humanitar yardımın vaxtında çatdırılması istiqamətində Özbəkistan tərəfindən həyata keçirilən tədbirlər yüksək qiymətləndirilib.

Bundan əlavə, Əfqanıstan tərəfinin Özbəkistanın təşəbbüsü ilə Surxan-Puli-Xumri elektrik ötürücü xəttinin və Məzari-Şərif-Kabil-Pişəvər dəmir yolu tikintisi kimi infrastruktur layihələrinin həyata keçirilməsinə ən qısa zamanda başlamaq üçün hazır olduğu təsdiq edilib.

Qeyd olunur ki, Əfqanıstan tərəfi Özbəkistan tərəfini əmin edib ki, Özbəkistan və regionun digər dövlətləri və ümumilikdə dünya üçün ən kiçik təhlükə belə ölkə ərazisindən heç vaxt gəlməyəcək.

Əfqanıstanın yeni hökuməti də Özbəkistanla birlikdə hər iki ölkə xalqlarının ulu əcdadlarının-Ə.Nəvainin (Herat), Baburun (Kabil), Əbu Reyhan Biruninin dəfn yerlərinin abadlaşdırılması istiqamətində iş aparmağa hazır olduğunu bildirib. Ölkənin məktəb və ali təhsil müəssisələrində özbək dilinin öyrənilməsinə də xüsusi diqqət yetiriləcək.

Əfqanıstanın regional təhlükəsizlik və sabitliyin təmin edilməsi naminə iki ölkə xalqlarının mənafeyinə uyğun olaraq Özbəkistanla qardaşlıq və mehriban qonşuluq münasibətlərini dəstəkləmək kursunu bundan sonra da ciddi şəkildə davam etdirmək əzmi xüsusilə bir daha təsdiq edilib.

Müxbir: Əzizə Əlizadə
Tərcüməçi: Həmidə İskəndərova
Həmçinin bax: turaz.org/sovket-mirziyoyev-hidroenergetika-layiheleri-ile-tanis-olub
Həmçinin bax: kafkazh.com/ozbek-saire-zilale-xocaniyazovanin-seirleri

Translate »