Yanvar 26, 2022

Taliban qadınlarla bağlı növbəti qalmaqallı qərar verib

Əfqanıstanda hakimiyyəti ələ keçirən Taliban terror təşkilatı qadınlarla bağlı növbəti qalmaqallı qərara imza atıb.

Turaz.org xəbər verir ki, Taliban qadınların kişi qohumları və ailə üzvləri yanlarında olmadan 72 km məsafədən çox səyahət etmələrini qadağan edib. Taliban həmçinin qadın aktrisaların rol oynadığı film və serialları da yayından qaldırıb və aparıcıların baş örtüsü ilə ekrana çıxmaqlarını əmr edib.

Qərarları Əfqanıstanın Yaxşılığa dəvət və Pislikdən Çəkindirmə naziri Sadiq Akif açıqlayıb.

Translate »