Oktyabr 23, 2021

Tarix Muzeyində Mustafa Topçubaşova məxsus eksponatlar qorunur.

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Hədiyyələr və xatirə əşyaları fondunda Azərbaycanda tibb təhsili və səhiyyənin təşkilatçısı, respublikada cərrahlıq elmi məktəbinin banilərindən biri Mustafa

Topçubaşova məxsus nadir eksponatlar qorunur.Turaz.org Azərtac-a istinadən xəbər verir ki,muzeydən bildirilib ki, eksponatlar arasında II Dünya müharibəsi illərində alimin ixtira etdiyi unikal tibb aləti olan “yad cisimləri bədəndən xaric etmək üçün qurğu” və ona aid

müvafiq kitab xüsusi yer tutur. Görkəmli həkim Mustafa Topçubaşovun Stalin mükafatına layiq görüldüyü bu kəşfi hazırda muzeyin “Azərbaycan II Dünya müharibəsi illərində” sərgisində nümayiş olunur.Qurğu

bədəndən mərmi qırıntılarını, güllə və qəlpə çıxarmaq üçün nəzərdə tutulub. Ağ metaldan hazırlanmış qurğunun hündürlüyü 35 santimetr, uzunluğu 72 santimetrdir. Aparat 1958-ci ildə Milli Azərbaycan Tarixi Muzeyinə

Mustafa Topçubaşovun özü tərəfindən hədiyyə edilib. Onun muzeyə təqdim etdiyi materiallardan bəlli olur ki, “sehrli iynə” adlanan bu aparatdan o dövrün bir çox cərrahiyyə klinikaları istifadə edib.

Müxbir: Turaz.org xüsusi müxbiri Zahidə Nəbizadə

Həmçin bax:https://turaz.org/azerbaycanli-alim-beynelxalq-sosial-elmler-konfransinda-cixis-edib/

Həmçin bax:https://tehsilim.org/dovlet-imtahan-merkezi-abituriyent-jurnalinin-6-ci-nomresini-nesr-edib/

Həmçin bax:https://kafkazh.com/yetkinlik-dovru-psixologiyasi-ve-bu-dovrun-problemleri/

Translate »