Noyabr 29, 2022

Tarixdə bu gün – 1 NOYABR

Turaz.org 1 noyabr tarixində olan hadisələri təqdim edir:

1 noyabr 644-cü ildə İslamiyyətin 2-ci Xəlifəsi Hz. Ömər Mədinədə sübh namazını qılarkən Əbu Lüləe adlı təcavüzkarın bıcaqla hücumuna məruz qaldı. Təcavüzkar intihar etdi, Hz.Ömər 3 gün sonra dünyasını dəyişdi.

1 noyabr 1604- cü ildə Şekspirin “Otello” faciəsi ilk dəfə Londonun Uaythol sarayında səhnəyə qoyulub.

1 noyabr 1755-ci ildə Portuqaliyanın paytaxtı Lissabonda baş verən güclü zəlzələ və sonra yaranan sunami 90 min nəfərin həyatına son qoydu.

1 noyabr 1800 -cü ildə ABŞ prezidentlərinin iqamətgahı – “Ağ Ev” istifadəyə verilib. Onun ilk sakini ABŞ-ın ikinci prezidenti Con Adams oldu.

1 noyabr 1897-ci ildə  İtaliya futbol klubu “Yuventus” yaradılıb.

1 noyabr 1906-cı ildə “Füyuzat” jurnalının ilk sayı çapdan çıxıb.

1 noyabr 1922-ci idlə  Türkiyə Böyük Millət Məclisinin qərarı ilə 623 il tarixi olan Osmanlı İmperiyasının mövcudluğuna son qoyulub və sonuncu Osmanlı sultanı VI Mehmed taxtdan endirilib.
1 noyabr 1923-cü ildə Mustafa Kamalın təşəbbüsü ilə Osmanlı İmperiyasında monarxiya rejimi ləğv edildi.

1 noyabr 1925-ci ildə  İranda Rza xan Pəhləvi hakimiyyətə gəlib və bununla Qacarların hakimiyyətinə son qoyulub.
1 noyabr 1928-ci ildə Türkiyədə hərf inqilabı oldu. Ərəbcə rəqəmlər və hərflər ləğv olundu, latın qrafikasından ibarət yeni Türk əlifbası qəbul edildi.

1 noyabr 1939-cu ildə Süni dölləmə yolu ilə ilk dovşan dünyaya gəlib.

1 noyabr 1945-ci ildə dövlət başçısı İsmət İnönü Türkiyə Böyük Millət Məclisinin açılış iclasında etdiyi çıxışda “Tək əskiyimiz hökumət partiyasının qarşısında başqa partiya olmamasıdır” sözlərilə Türkiyədə çox partiyalı həyata keçiləcəyi mesajını verdi.

1 noyabr 1954-cü ildə Əlcəzair Milli Azadlıq Cəbhəsi Fransız müstəmləkə idarəsinə qarşı Müstəqillik Müharibəsi başlatdı. 8 il davam edən müharibədə fransızlar 1,5 milyon əlcəzairlini qətlə yetirdi.

1 noyabr 1955-ci ildə ABŞ-da bir sərnişin təyyarəsi Kolorado yaxınlığında partladı: 44 nəfər öldü.

1 noyabr 1970-ci ildə Fransada bir rəqs salonunda baş verən yanğında 144 nəfər həyatını itirdi.

1 noyabr 1993-cü ildə Avropanın 28 dövlətinin iqtisadi və siyasi birliyinin – Avropa İttifaqının yaranmasını təsbit edən Maastrixt müqaviləsi qüvvəyə mindi.

1 noyabr 1998 -ci ildə Avropa İnsan Haqları Məhkəməsi təsis edilib.

1 noyabr 2008-ci ildə 24 oktyabr tarixində test yayımları ilə uşaqları salamlayan “TRT Çocuk” telekanalı nizamlı yayıma start verdi.

Translate »