İyun 4, 2023

Tatarıstanda terror aktı törətmiş şəxs ömürlük həbs cəzasına məhkum edilib

2021-ci il mayın 11-də Rusiyanın Tatarıstan Respublikasının Kazan şəhərindəki məktəblərdən birində terror aktı törətmiş İlyaz Qəlyəviyev ömürlük həbs cəzasına məhkum edilib.

Turaz.org xəbər verir ki, Tatarıstan Ali Məhkəməsinin hökmünə əsasən, o, cəzasını xüsusi rejimli islah koloniyasında çəkəcək.

Xatırladaq ki, İ.Qəlyəviyev özünün məzun olduğu orta məktəbə silahlı hücum etmişdi. Nəticədə 9 nəfər, o cümlədən 7 şagird və iki müəllim həlak olmuşdu.
İ.Qəlyəviyev məhkəmədə təqsirini tamamilə boynuna alıb və zərərçəkənlərdən üzr istəyib.

Translate »