Oktyabr 21, 2021

Tatarıstanda təyyarə qəzasında ölənlərin rəsmi sayı açıqlanıb

Rusiya Fövqəladə Hallar Nazirliyi Tatarıstanda baş verən təyyarə qəzası ilə bağlı məlumat yayıb.

Turaz.org xəbər verir ki, sərt eniş zamanı 15 nəfər ölüb və 7 nəfər xəsarət alıb.

“Gəmidə ümumilikdə 20 paraşütçü və iki ekipaj üzvü olub”, – rəsmi məlumatda deyilir.

Rusiyanın Səhiyyə Nazirliyi isə hadisə nəticəsində 16 nəfərin öldüyünü, daha 6 nəfərin yaralandığını açıqlayıb.

Müxbir: Əzizə Əlizadə

Translate »