Mart 21, 2023

TDT Baş katibi Fransanın Türkiyədəki səfiri ilə görüşüb

27 yanvar 2023-cü il tarixində Türk Dövlətləri Təşkilatı Baş katibi Kubanucbəy Omuraliyev Fransanın Ankaradakı səfiri Herve Magro ilə TDT-nin İstanbuldakı başqərargahlarında görüşüblər

Turaz.org xəbər verir ki, ölkəyə səfər zamanı Səfir Magro Baş katib Omuraliyevi TDT-nın baş katibi vəzifəsinə təyin edilməsi münasibətilə təbrik edib və ona uğurlar arzu edib.

Baş katib Omuraluyev səfiri TDT-nın fəaliyyəti və cari iqtisadi gündəliyi barədə məlumat verib və maraq dairəsində olduqları məsələlərin icraatına hazır olduqlarını vurğulayıb.

Iclas zamanı Baş katib və səfir regional inkişafı eləcə də TDT-Aİ əlaqələri, enerji, nəqliyyat və inkişaf sahələrindəki bir çox əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Müxbir: Aytac Cəfərova

Tərcüməçi:  Nigar Yusubova

Həmçinin bax: https://turaz.org/qirgizistan-sefiri-ve-fransa-prezidentinin-musaviri-ikiterefli-emekdasligi-muzakire-edibler/

Translate »