Oktyabr 4, 2022

“Təhsil“ biznesi – artan qiymətlər

Müasir zəmanənin təhsilvermə qaydaları dəyişdiyindən artıq valideynlər təkcə müəllimlər arasında seçim etmir, eləcə də məktəbin keyfiyyətinə diqqət yetirir. Keyfiyyətli, səliqəli, zəngin dünyagörüşə sahib olan kadrları ətrafında cəmləyən məktəb övladını düşünən hər bir valideynin üz tutduğu təhsil ocağıdır. Ümumorta təhsil 6 yaşdan etibarən uşaqlar üçün məcburidir. Şagirdlər dövlət təhsil müəssisələrində və özəl məktəblərdə tədris prosesinə cəlb olunurlar. Özəl məktəblərdə müəyyən məbləğdə təhsil haqqı tətbiq olunsa da, şagirdlər dövlət məktəblərində ödənişsiz formada təhsil almaq imkanı əldə edirlər. Bəzən valideynlər övladlarının daha keyfiyyətli təhsil alması üçün özəl məktəblərə üz tuturlar.

Məsələn, ölkəmizdə bəzi özəl təhsil müəssisələrində tədris Kembric (Cambridge) kurikulumu əsasında aparılır. Həmçinin İB, yəni Beynəlxalq Bakalavriat Proqramı  əsasında da tədris təşkil edilir. Amerikan kurikulumdan da istifadə edən özəl  məktəblər var.

Bu kurikulumlara biz baxdıqda görürük ki, onların hamsının özünəməxsus ödənişi var.
Söhbət özəl sektordan gedirsə, dövlət tərəfindən hər hansı müdaxilə doğru deyil.
Qiymətləri dövlət tənzimləsə, bu, artıq özəl sektor sayılmaz. Çünki özəl müəssisələrin öhdəliyi yalnız vergi məsələləri ilə bağlıdır. Onlar vergini vaxtında verir, heç bir problemləri yoxdursa, dövlətin qiymət siyasəti tətbiq etməsi, qiyməti diqtə etməsi doğru olmazdı. Dövlət yalnız özəl orta məktəblərə  uyğun standartlar müəyyənləşdirə bilər. Təhsil Nazirliyi və ya müvafiq icra qurumu bu standartların müqabilində ödənişin hansı qiymət diapazonunda olması ilə bağlı tövsiyə xarakterli əsasnamə hazırlaya bilərlər. Amma qiymətləri dövlət tənzimləsə, bu, artıq özəl sektor sayılmaz. Çünki qiymət rəqabətli mühitə görə formalaşır. Dövlət yalnız təşviq etmək və ya qaydalar müəyyənləşdirməklə qiymətlərə müəyyən dərəcədə təsir göstərə bilər.

Beynəlxalq akkreditasiya qurumları həmin özəl məktəbləri yoxlayırlar. Beynəlxalq məktəb adı altında fəaliyyət göstərən müəssisənin beynəlxalq mühiti yaratmaq üçün xarici işçini ölkəyə gətirmə kimi məcburiyyəti də var.
Onu da qeyd edək ki, özünü beynəlxalq məktəb adlandıran müəssisələrin çoxunun əslində beynəlxalq məktəb sertifikatı və lisenziyası yoxdu. O sadəcə beynəlxalq kurikulumdan istifadə edir deyə özünü insanlara beynəlxalq məktəb kimi təqdim edir.

Azərbaycandakı özəl məktəblərdə ibtidai siniflərə görə illik təhsil haqqı 3 500-16 000 manat arasında dəyişir. Yuxarı siniflər üzrə isə bu məbləğ 5-16 min manat arasındadır.
İstər ali, istərsə də orta özəl təhsildə hər kəs istədiyi qiyməti qoyur. Heç bir əsas da göstərmir ki, qiymətlər niyə belədir? Birinin qiyməti 1000, digərinin 5000, o birinin isə 7500 manatdır. Baxdıqda görürük ki, bahalı məktəblərin müəllimləri dövlət məktəblərində çalışan müəllimlərdən çox məvacib almır. Belə olan halda, o boyda maliyyə hara gedir? O maliyyə təhsilə gedirmi? Bunlar müəyyənləşdirilməldir.

Dövlət məktəblərindən hər bir tələbə əlillik, akademik səviyyə, din, etnik mənsubiyyət, sosial-iqtisadi vəziyyət və s. təhsil ala bilər
Bir dövlət məktəbində bir sinifdə 30-40 şagird olacağı qeyri-adi deyil. Şəxsi məktəblər onların qeydiyyatını nəzarət edir. Bu, onlara 15-18 tələbə aralığında sinif ölçülərini saxlamaq imkanı verir. Siniflərdə şagird sayının az olması da tədrisin keyfiyyətinə təsir edən başlıca amillərdəndir. Bəzi məktəblərdə mütəmadi imtahanlar keçirilir. Nəticəsi yüksək olanlara 10-15% endirim də tətbiq olunur. Eyni zamanda, əgər məktəbə bir ailədən 2 və daha çox uşaq gedərsə, təhsil haqqında endirim olur.

Məktəblər                                           İbtidai sinif (I-IV)                        Orta təhsil (V-IX)
Zirvə Liseyi                                          4200-4500                                   4700-4900
Erudit                                                    5000                                                      –
Western School                                   5000
Landau School                                    4800-6600                                    5800-8000
ADA School                                                –                                                              –
Müasir İnnovasiyalar Liseyi            6000-7000                                     6500-8500
Kaspi liseyi                                          6400-7900                                     6900-8400
Hədəf Liseyi                                        7000-8000                                     7000-7500
İdrak liseyi                                          8000-9000                                              –
Dünya məktəbi                                   8000-9500                                    8000-11000
Evrika Liseyi                                       8000-9000                                   8500-10000
XXI Əsr Məktəbi                                8000-12000                                  10000-12500
Avropa Azərbaycan Məktəbi            9950                                                12000
Oxbridge Academy                             11050                                              13260
Britaniya Məktəbi                              12000-14000                                 14000
Sabis Sun İnternational School      11970-12660                                   12851
Bakı Fransız Liseyi                            15000                                               16100
Baku Oxford Məktəbi                        15500                                                   –
Müasir Təhsil Kompleksi                 16000                                              12000-16000
Azərbaycan Beynəlxalq Məktəbi      5387 -6120                                            –

Araşdırmaçı: ”Turaz.org” Təhlil komandası Reyhan Hacı

Translate »