Oktyabr 20, 2021

Təhsil naziri Göygöl, Goranboy rayon və Naftalan şəhər sakinlərini canlı videobağlantı vasitəsilə qəbul edəcək.

Təhsil naziri Emin Əmrullayev 2 oktyabr 2020-ci il tarixində saat 15:00-da Göygöl, Goranboy rayon və Naftalan şəhər sakinlərini canlı videobağlantı vasitəsilə qəbul edəcək. Qəbulda həmin rayonlarda müvəqqəti

məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.Turaz.org AzEdu.az-a istinadən xəbər verir ki, videoqəbula yazılmaq istəyən vətəndaşlar 23-30 sentyabr (saat 18:00-dək) 2020-ci il tarixlərində Təhsil Nazirliyinin

Telefon Məlumat Mərkəzinin 146-1 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) zəng etməklə və ya nazirliyin rəsmi saytının “Vətəndaşların qəbulu” bölməsinə daxil olmaqla (http://edu.gov.az/az/contacts/request) elektron qeydiyyatdan keçə bilərlər.

Videoqəbulun təşkil edilməsində əsas məqsəd vətəndaşların Təhsil Nazirliyinə müraciət imkanlarını müasir texnologiyalardan istifadə etməklə genişləndirmək, regionlarda yaşayanlara nazirliyin inzibati binasına

gəlmədən vəzifəli şəxslərlə videobağlantı vasitəsilə birbaşa əlaqə imkanının yaradılmasıdır. Vətəndaşlar videoqəbulun keçirildiyi otağa qəbula yazılanlar siyahısı və şəxsiyyəti təsdiq edən sənədlər əsasında

buraxılacaqlar. Qəbulun keçirildiyi yerdə müvafiq sanitariya-gigiyena normalarına əməl olunmalıdır. Videoqəbulda bir müraciətlə bağlı eyni vaxtda birdən artıq şəxsin iştirakına icazə verilmir. Videoqəbul zamanı

konfidensiallığı təmin etmək məqsədilə vətəndaşın qəbul otağında tək olmasına şərait yaradılacaq. Videoqəbulda vətəndaşın müraciəti ilə bağlı lazımi sənədlərin təqdim edilməsi zərurəti yarandıqda, ona həmin sənədləri birbaşa qəbulun keçirildiyi qurumun

səlahiyyətli işçisinə və ya elektron formada təqdim etmək imkanı olacaq. Həmin sənədlər araşdırılması üçün Təhsil Nazirliyinə yönləndiriləcək. Araşdırma tələb edən

müraciətlərin cavablandırılması vətəndaşın qeyd etdiyi elektron ünvan vasitəsilə elektron formada, yaxud müraciət edənin xahişinə əsasən poçt ünvanı ilə yazılı və ya əlaqə telefonu vasitəsilə şifahi qaydada həyata keçiriləcək.

Müxbir: Turaz.org xüsusi müxbiri Zahidə Nəbizadə

Həmçin bax:https://turaz.org/sak-etnonimi-cenubi-qafqaz-regionundaki-turk-boylarina-verilmis-umumi-addir/

Həmçin bax:https://tehsilim.org/dovlet-imtahan-merkezi-abituriyent-jurnalinin-6-ci-nomresini-nesr-edib/

Həmçin bax:https://kafkazh.com/yetkinlik-dovru-psixologiyasi-ve-bu-dovrun-problemleri/

Translate »