Dekabr 4, 2022

Təhsil naziri Şirvanda dərs prosesini izləyib

Fevralın 9-da Təhsil naziri Emin Əmrullayev Şirvan şəhərinə səfəri çərçivəsində pandemiya şəraitində tədris prosesi ilə yaxından tanış olmaq məqsədilə Şirvan şəhər 10 nömrəli tam orta məktəbdə olub.

Turaz.org xəbər verir ki, Nazir həmin məktəbdə müəllim, şagird və valideynlərlə görüşüb, onlarla səmimi söhbət aparıb. Təhsil naziri həmçinin sözügedən ümumi təhsil müəssisəsində Azərbaycan və rus bölmələri üzrə Vlll siniflərdə dərs prosesini izləyib.

Daha sonra Təhsil naziri Şirvan şəhər 21 nömrəli tam orta məktəb üçün inşa olunan yeni tədris binasının tikinti işləri ilə tanış olub.

Xüsusi Müxbir: Nağızadə Ayşən

.

Translate »