Oktyabr 3, 2022

Təhsil sahəsində Azərbaycan-Ukrayna əməkdaşlığının perspektivləri müzakirə edildi.

Təhsil sahəsində Azərbaycan-Ukrayna əməkdaşlığının perspektivləri müzakirə edildi.
Azərbaycan Respublikasının Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Elmira Axundova Ukrayna Dövlət Maliyyə Xidməti Universitetində (UDMXU) olub.

AzEdu.az xəbər verir ki, görüşdə UDMXU-nun rektoru Pavel Paşko, beynəlxalq investisiya fəaliyyəti üzrə prorektor Natalya Matselyux və təhsil sahəsində beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Andrey Bojkov iştirak ediblər.

Qonaq bu təhsil müəssisəsinin həyat və fəaliyyəti, habelə 2020-ci il qəbul kampaniyasının gedişi ilə tanış olub.

Rektor Pavel Paşko Universitetin tarixi, bugünkü vəziyyəti və inkişaf perspektivləri, habelə UDMXU ilə onun Azərbaycan Respublikasındakı tərəfdaşlığı arasında əməkdaşlığın potensialı barədə məlumat verib.

Tərəflər əməkdaşlığın mümkün istiqamətlərini, o cümlədən Azərbaycan Respublikası vətəndaşlarının bu ali məktəbin hazırlıq bölməsinə, bakalavriatura və magistraturasına qəbulunun fəallaşdırılması, Azərbaycan Respublikasının universitetləri ilə UDMXU arasında birbaşa əlaqələrin nizamlanmasına Azərbaycan Respublikasının Ukraynadakı Səfirliyi tərəfindən yardım, akademik mobillik sahəsində müştərək elmi-praktiki layihələr və təcrübə mübadiləsi, Azərbaycanın vergi və gömrük orqanları ilə əməkdaşlığın yolları, habelə müştərək tədqiqatlar, beynəlxalq tematik tədbirlər keçirilməsi məsələlərini müzakirə ediblər.

Mənbə: azedu
Müxbir: Şükürova Fatma

Həmçinin bax : https://azertag.az/bolme/science_and_education

Translate »