Dekabr 5, 2022

Təhsildə innovasiyalar üzrə VI qrant müsabiqə: “Şagirdlərin cinsi tərbiyəsi”

12.10.2022 tarixində 274 saylı tam orta məktəbin akt zalında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin keçirdiyi VI Qrant müsabiqəsinin qalibi 274 saylı tam orta məktəbin ingilis dili müəllimi Behbudzadə Gültəkin Akif qızının “Şagirdlərin cinsi tərbiyəsi” layihəsinin açılış tədbiri keçirilmişdir.

Açılış tədbirində layihə rəhbəri Gültəkin Behbudzadə, məktəbin direktoru Nəriman Mürsəliyev, təlim-tərbiyə işləri üzrə direktor müavinləri Vəfa Quliyeva, Təhminə Nəsibova, tərbiyə işləri üzrə direktor müavini Südabə Mədətova, layihənin təlimçi və psixoloqu Ramidə Oktay qızı, layihənin eksperti Aysel Allahverdiyeva, məktəbin psixoloqları, müəllimlər və valideynlər iştirak etmişdir.

Tədbirdə çıxış edən layihə rəhbəri G.Behbudzadə layihənin məqsədi və görüləcək işləri barədə məlumat vermişdir. Daha sonra çıxış edən qonaqlar layihənin gedişatında uğurlar arzulamış, sonda valideynlərin layihə barədə sualları cavablandırılmışdır.

Qeyd edək ki, layihənin keçirilməsində əsas məqsəd valideynləri uşaqların cinsi tərbiyəsi mövzusunda maarifləndirmək və azyaşlıların gələcəkdə istismarla( zorakılıq, təcavüz ) üzləşdikdə nə etməli olduqları və necə mübarizə aparmalı olduqları mövzusunda məlumatlandırmaqdır. Layihə oktyabrın 1-dən martın 1-dək davam edəcək.

Translate »