Noyabr 27, 2021

Tələbələr İT ixtisaslarının istiqamətləri üzrə tədris proqramlarına cəlb olunacaq     

2021-2022-ci tədris ili ərzində Təhsil Nazirliyi və Code Academy şirkətinin əməkdaşlığı çərçivəsində ali təhsil müəssisələrinin ümumilikdə 1000-ə yaxın tələbəsi İnformasiya Texnologiyaları ixtisaslarının aktual istiqamətləri üzrə tədris proqramlarına cəlb olunacaq.

Turaz.org xəbər verir ki, ilkin mərhələdə Bakı Dövlət Universiteti və Azərbaycan Texniki Universitetininin müvafiq ixtisaslarda təhsil alan 150-ə yaxın tələbəsinə Proqramlaşdırma, Şəbəkə Administratorluğu, İT mütəxəssisi (helpdesk), Sistem və Bulud texnologiyaları modullarının öyrədilməsi nəzərdə tutulub.

Müxbir: Nağızadə Ayşən

Translate »