Oktyabr 4, 2022

Tennis Brayan qardaşları ilə vidalaşdı !

Məşhur amerikalı tennisçilər Bob və Mayk Brayan qardaşları karyeralarını bitirdiklərini açıqlayıblar.

Amerikanın məşhur “Nyu-York Tayms” nəşrinə açıqlama verən Mayk bunları söyləyib: “Hər ikimiz artıq tennislə vidalaşmağın vaxtının yetişdiyini anladıq.

Elə bir yaşa çatmışıq ki, uğur qazanmaq üçün daha çox çalışmalıyıq.

Düzdür, indi də korta çıxıb mübarizə apara bilərik. Amma orqanizmimizi gərginlik altında saxlamaq istəməzdik.

Belə yaşda bərpa prosesi də çətin keçir. Bu il rəqabətə davamlı olduğumuzu hiss edirik. Elə ötən mövsüm də belə idik. Amma kortu məhz belə başı uca tərk etmək qərarına gəldik. Ən yaxşı oyunumuzu nümayiş etdirdiyimiz məqamda

raketkalarımızı mismardan asmaq daha doğru olardı”. Xatırladaq ki, Brayan qardaşları tennis tarixində cüt yarışlarda ən möhtəşəm tandemlərdən sayılır. Onlar karyeraları ərzində

16 dəfə “Böyük Dəbilqə” seriyalı turnirdə qələbə qazanıblarsa, 6 dəfə də mövsümün yekun turnirini qalib kimi başa vurublar. Brayan qardaşları 2008-ci ildə Pekin Olimpiadasında bürünc, 4 il sonra isə Londonda qızıl medal qazanıb.

Amerikalı qardaşlar 2010-cu ildə titul sayında avstraliyalı Todd Vudbric və Mark Vudfordu geridə qoyaraq yeni rekord müəyyənləşdirib.

Hazırda 42 yaşlı Bob və Mayk ATP reytinqində 27-ci yeri tutur.

Mənbə:idmantv.az

Müxbir:Turaz.org xüsusi müxbiri Aytac Cəfərova

Həmçinin bax:https://turaz.org/bas-nazirin-musaviri-yeni-vezifeye-teyin-edildi/

https://turaz.org/neftcinovbeti-merhelede/

Translate »