Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan hesab edir ki, Ermənistanla Azərbaycan arasında SSRİ dövründə mövcud olmuş sərhəd bərpa olunmalıdır.
Turaz.org-un məlumatına görə, hazırda “Erməni Milli Konqresi” Partiyasına rəhbərlik edən eks-prezident bu gün keçirdiyi mətbuat konfransında bunun alternativinin olmadığını bildirib.
“Məsələ Ermənistanın sovet sərhədlərini tanıyıb-tanımayacağı deyil. Beynəlxalq ictimaiyyət BMT-nin timsalında keçmiş SSRİ respublikalarının müstəqilliyini tanıyıb. Burada heç nəyi dəyişmək olmaz. Ermənistanla Azərbaycan arasında sərhəd – sovet sərhədidir”, – deyə o qeyd edib.
Ter-Petrosyan əlavə edib ki, dəqiq müqavilə imzalanmaya qədər sərhəddə insidentlər davam edəcək.
Müxbir: Əzizə Əlizadə
Həmçinin bax:Türkiyədə “Qarabağ bölgəsində mülkiyyət hüquqlarının pozulması və bölgənin gələcəyi” mövzusunda konfrans keçirilib
Həmçinin bax:kafkazh.com/30-illik-qarabag-hesretinin-sonu/
Son Xəbərlər
“Baytaq” və “Respublika” partiyaları növbədənkənar seçkilərdə iştirak edəcək
Qırğızıstan-Çin sərhədində zəlzələ müşahidə olunub
QAFQAZDAN DÜNYAYA DOĞAN GÜNƏŞ