ABŞ-ın Texas ştatında tərk edilmiş tırda 46 nəfərin cəsədi aşkarlanıb.
Turaz.org “bbc.com“-a istinadən xəbər verir ki, ABŞ polisi Texasda San Antonio ətəklərində tərk edilmiş tırda 46 nəfərin cəsədini aşkarlayıb. Verilən məlumata görə 16 nəfər isə ölümcül halda xəstəxanaya çatdırılıb.
Qeyd edək ki, San Antonio ABŞ- Meksika sərhədinin 150 km-liyində yerləşir və bu ərazi insan qaçaqçılarının əsas məntəqələrindən biridir. Tırda qaçaq yolla ABŞ-a gətirilən 70-dən çox insanın 46-sı ilkin ehtimala görə gün vurmasından vəfat etdikləri qeyd olunub.
Son Xəbərlər
İranın Rusiyaya ixracı 57% artdı
İranda 3 məhkum edam edildi
Latviyanın yeni prezidenti seçilib