Teymur Yusif oğlu Musayev Azərbaycanın Səhiyyə naziri təyin edilib.
Turaz.org xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.
Dövlət başçısının digər sərəncamı ilə Teymur Musayev Azərbaycanın səhiyyə nazirinin birinci müavini vəzifəsindən azad edilib.
Qeyd edək ki, T.Musayev 2021-ci ilin aprelin 23-dən səhiyyə nazirinin birinci müavini, səhiyyə naziri vəzifəsini müvəqqəti icra edən vəzifəsinə təyin olunmuşdu. Həmin dövrdən indiyədək o, səhiyyə nazirinin vəzifələrini icra edirdi.
Müxbir: Əzizə Əlizadə
Son Xəbərlər
Füzulidə silah-sursat aşkar edilib
Milli Məclisin yaz sessiyasının ilk plenar iclasının vaxtı məlum olub
Naxçıvanda dövlət əmlakının mənimsənilməsinə dair cinayət işi başlanılıb