Qazaxıstan lideri mayın 17-dən 19-dək Çində dövlət səfərində olacaq.
Turaz.org xəbər verir ki, bunu prezidentin mətbuat xidməti bildirib.
Bu səfər zamanı Çin Xalq Respublikasının sədri Si Cinpinlə danışıqlar aparacaq.
Məlumatda deyilir ki, Tokayev və Si Cinpin arasında danışıqlar Sian şəhərində keçiriləcək. İki dövlət başçısı arasında kommunikasiya çərçivəsində strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi, ticarət-iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunacaq. İnvestisiya, nəqliyyat,logistika və enerji, habelə Qazaxıstan və Çin arasında mədəni və humanitar əlaqələrin dərinləşdirilməsi mövzuları danışalacaq.
Qazaxıstan liderinin mətbuat xidməti əlavə edib ki, Tokayev həmçinin iri Çin şirkətlərinin rəhbərləri ilə də görüşmək niyyətindədir. Qazaxıstan prezidentinin Çinə səfəri proqramında mühüm məqam onun Mərkəzi Asiya-Çin regionunda iştirakı olacaq.
Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan liderlərinin də qatılacağı zirvə və foruma Si Cinpin ev sahibliyi edəcək.
Son Xəbərlər
Ermənistanda bir qrup insan 44 günlük müharibənin nəticələrinə görə aksiya keçirir
İran bunu da etdi: Başqa dillərdən istifadə edənlər…
ÜST: “Sudanda 600-dən çox insan ölüb, 5 mindən çox insan yaralanıb”