Dekabr 9, 2021

Tokayev “Lukoyl” şirkətinin prezidenti Vahid Ələkbərovla görüşüb

Qazaxıstanın dövlət başçısı Qasım Comərt Tokayevə karbohidrogen sektorunda bir sıra birgə layihələrin həyata keçirilməsi barədə məlumat verilib.

Turaz.org xəbər verir ki, Tokayevə Xəzər dənizinin Qazaxıstan hissəsində yerləşən “Kalamkas-Sea” iri layihəsi, habelə Xvalınskoye neft yatağının işlənməsi üzrə ümumi prinsiplər haqqında sazişin imzalanması barədə məlumat verilib.

Qazaxıstan prezidenti Qazaxıstanla “Lukoyl” arasında tərəfdaşlığın inkişaf kursunu alqışlayıb.

Müxbir: Əzizə Əlizadə
Tərcüməçi Həmidə İskəndərova

Translate »