Noyabr 28, 2021

Tokayev Macarıstanın Baş nazirinin müavini, maliyyə naziri Mixali Varqanı qəbul edib

Dövlət başçısı Qazaxıstan-Macarıstan Strateji Şurasının 5-ci iclasında və Biznes forumda iştirak etmək üçün Nur-Sultan şəhərində səfərdə olan Macarıstanın Baş nazirinin müavini – maliyyə naziri Mixali Varqanı qəbul edib.

Turaz.org xəbər verir ki, görüşdə ticarət-iqtisadi, maliyyə, investisiya, mədəni-humanitar sahələrdə ikitərəfli əlaqələrin inkişaf perspektivləri müzakirə edilib. Onlar həmçinin pandemiya ilə mübarizə tədbirləri, iqlim dəyişikliyi və regional gündəliyə dair məsələlərə toxunublar.

Qazaxıstanın yaxşı dostu olan Mixali Varqanı salamlayan Qasım Comərt Tokayev onun Qazaxıstana intensiv səfərinin nəticələrinin məhsuldar olacağına və iki dövlət arasında əməkdaşlığın inkişafına ciddi təkan verəcəyinə əminliyini ifadə edib.

Öz növbəsində Macarıstanın Baş nazirinin müavini – maliyyə naziri görüş imkanına görə dövlət başçısına minnətdarlığını bildirib və qeyd edib ki, dünyada mövcud vəziyyətə baxmayaraq, Qazaxıstan-Macarıstan münasibətləri öz fəallığını və dinamizmini qoruyub saxlayıb.

Macarıstanlı siyasətçi həmçinin pandemiya zamanı göstərdiyi dəstəyə görə Prezident Tokayevə minnətdarlığını bildirib, o cümlədən Nur-Sultanda bir sıra mühüm investisiya sazişlərinin imzalandığı Biznes forumun uğurlu nəticələri barədə ona məlumat verib.

Sonda dövlət başçısı Qazaxıstan-Macarıstan əlaqələrinin inkişafındakı xidmətlərinə görə Mixali Varqanı II dərəcəli “Dostluq” ordeni ilə təltif edib.

Tərcüməçi: Həmidə İskəndərova
Həmçinin bax: turaz.org/yaponiyada-70-den-coxu-tam-peyvend-olunub-olke-g-7-de-ilk-3-e-daxildir
Həmçinin bax: kafkazh.com/xvlll-esrde-qafqazda-gurcustan-rusiya-yaxinlasmasi

Translate »