İyul 4, 2022

Tokayev Rusiya və İrana səfər edəcək

Qazaxıstan prezidenti Qasım Comərd Tokayev bu həftə Rusiya və İrana səfər edəcək.

Turaz.org xəbər verir ki, iyunun 16-da dövlət başçısının yeni yaradılmış Ulitau vilayətində Ulttyq qurultayının ilk iclasında iştirak edəcəyi gözlənilir.

Prezident Tokayevin iyunun 17-də 25-ci Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda iştirakı gözlənilir. Forumda dövlət başçısı plenar iclasda çıxış edəcək, həmçinin bir sıra ikitərəfli görüşlər keçirəcək. Qazaxıstan lideri iyunun 19-da iranlı həmkarı İbrahim Rəisinin dəvəti ilə İrana rəsmi səfər edəcək. Tehranda prezident Tokayev yüksək səviyyəli ikitərəfli danışıqlar aparacaq və bir sıra hökumətlərarası sənədlər imzalayacaq.

Tərcümə: Yusubova Nigar
Həmçinin bax:turaz.org/azerbaycan-dili-fenni-uzre-kecirilen-test-imtahani-basa-catib-3
Həmçinin bax: kafkazh.com/qetl-gunu-romani-sicovullasan-dusunce-problemi

Translate »