Aprel 2, 2023

Tokayev Türkiyədəki zəlzələ qurbanları ilə bağlı başsağlığı verib

Prezident Qasım Comərt Tokayev türk həmkarı Rəcəb Tayyib Ərdoğana ölkənin cənub-şərqində baş vermiş dağıdıcı zəlzələ nəticəsində çoxsaylı insan tələfatı ilə bağlı başsağlığı verib.

Turaz.org xəbər verir ki, dövlət başçısı Türkiyə Respublikasında baş vermiş güclü zəlzələ nəticəsində çoxlu sayda insanın həlak olması xəbərini dərin təəssüf hissi ilə bildirdi.

“Bu çətin dövrdə Qazaxıstan xalqı adından və şəxsən öz adımdan həlak olanların ailələrinə, eləcə də bütün qardaş Türkiyə xalqına başsağlığı verirəm. Qazaxıstan Türkiyəyə yardım göstərməyə hazırdır”, – başsağlığı mesajında deyilir.

Həmçinin bax: turaz.org/turkiyenin-qehremanmaras-vilayetinde-74-bal-gucunde-zelzele-bas-verib
Həmçinin bax: kafkazh.com/aile-deyerleri

Translate »