Sentyabr 30, 2022

Tokio Olimpiadasının təşkilatçıları Olimpiya məşəli estafetinin planında dəyişiklik etməyəcəklər

Tokio Olimpiadasının təşkilatçıları Olimpiya məşəli estafetinin planında dəyişiklik etməyəcəklər

Tokio Yay Olimpiya Oyunlarının təşkilat komitəsi Olimpiadanın məşəl estafetinin miqyasını kiçiltməyəcək və ya cədvəlini dəyişdirməyəcək.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə Yaponiyanın Kyodo agentliyi məlumat yayıb.
Məlumata görə, Yaponiya rəsmiləri məşəl estafetinin miqyasının azaldılmasının büdcə qənaətinə səbəb olmayacağına qərar veriblər. Eyni zamanda, dəyişikliklərin edilməsinin sponsorların və yerli hakimiyyət orqanlarının fəaliyyətinin koordinasiyasında problemlərlə nəticələnəcəyi bildirilib. Bununla belə, pandemiya ilə əlaqədar profilaktik və əyləncə xarakteri daşıyan tədbirlərlə bağlı müəyyən dəyişiklik edilə bilər.
Estafetin gələn il martın 25-də Fukuşima prefekturasında futbol təlimi mərkəzində başlaması planlaşdırılır. Tədbir 121 gün davam edəcək və məşəl Yaponiyanın 47 prefekturasında səyahətdə olacaq.
Koronavirusla bağlı yaranmış vəziyyətə görə, iyunda Tokio Olimpiadasının təşkilat komitəsi yarışın formatını sadələşdirməklə bağlı qərar verib. Oyunların formatının sadələşdirilməsi xərcləri azaltmaq və infeksiyanın yayılması riskini aşağı salmaqdır.
Tokio Olimpiadasının 2020-ci il iyulun 24-dən avqustun 9-dək keçirilməsi planlaşdırılır. Koronavirus pandemiyası səbəbindən yarışlar bir il sonraya təxirə salınıb. Yarış 2021-ci il iyulun 23-dən avqustun 8-dək keçiriləcək.

Mənbə: azertag.

Xeberci Jalə Hüseynova

HƏMCININ bax https://kafkazh.com/azerbaycan-dovlet-iqtisad-universitetinde-ecnebilerin-sened-qebulu-davam-edir/https://kafkazh.com/imislide-90-min-manatliq-deleduzluq-eden-qadin-saxlanilib/

Translate »