Fevral 2, 2023

Tovuz – tarixin yaddaşına yazılan şəhər

Təbiəti ilə insanları valeh edən, zəngin tarixə malik, igid, qəhrəman ərlərin məkanı – Tovuz.

 

Tovuz sözünün mənası Tau ok uz – qədim türkcədən huncadan tərcümədə – dağ tayfaları

Tau ust-türkcədən şumercədən tərcümədə dağ üstə yerləşən qala mənasını verir. ikinci versiya daha çox uyğundur dağlarda yerləşən tovuz qalasının adı ilə bağlı olduğu üçün.

Tovuzun hər bir obası hər bir eli özündə böyük tarix yaşadır hələ 7-ci əsrin mənbələrində oğuz türklərinin məskəni olan bu torpaqlarda 3 oğuz, 6 oğuz 9 oğuz türk tayfa birləşmələrinin olmasından çox danışılır. 7-ci əsir daş kitabələri “Kitabi-Dədə Qorqud” eləcə də tovuzun bugünki demoqrafik vəziyyəti rayonun adının qüdrətli olan türk tayfalarının adı ilə bağlı olduğunu təsdiqləyir. Tovuz ə. ə 3 əsrdən başlayan böyük hun axınının məskəninə çevrilib bu torpaqlarda Xuan Hun toponimləri ilə Xma, Əsrik, Axınca kimi adları da mövcuddur rayonda yaşayan insanların demək olar ki 90 % oğuz boyun əfşar tayfalarındandır. Tovuzun adı ilk dəfə yazılı şəkildə 7-ci əsrdə yaşamış alban tarixçisi Musa Kalankatlunun albaniya tarixi əsərində Tovuz kimi qeyd olunub. Tovuz rayonu ermənistanla 69 km gürcüstanla 23 km sərhəddi var qərbdə Akstafa rayonu şərqdə Şəmkir cənubda Gədəbəy şimalda az bir səsi Samux ilə həmsərhəddir paytaxt Bakıdan qərbdə Bakı-Qazax magistralının 430 km və ölkənin şimal-qərbində Gəncə-Qazax düzündə yerləşən mərkəzi Tovuz şəhəridir. Bakı-Tiflis-Ceyhan kəmərim Bakı-Tiflis-Ərzurum qaz kəməri və böyük ipək yolu burdan keçir.

19-cu əsrin ikinci yarısında rayonun təməli alman köçəriləri tərəfindən qoyulub. Almanların Tranbelfed adlandırdığı bu yer tarixən Şəmşədil tovuz kimi tanınıb. Nadir şahın ölümündən sonra kiçik dövlətlərə parçalanan azərbaycanda yaranan hakimliklərindən biri şəmsəddil sultanlığı və mərkəzi tovuz rayonu olub .

Rayonun iki ən böyük şəhəri var bunlardan biri Qovlar şəhəridir. qovlar şəhəri qov tayfalarından yaranmış insanlardırlar və Qovlar çox qədimdən məskunlaşıblar 6-7 yüz il qabağa gedib çıxır.

Ən böyük kəndi isə Öysüzdü kəndidir. Burda 172 mindən çox əhalisi var.Bu yerlərdə hər bulağın öz adı öz dağı var. Ərazisindən Zəyəm, Əsri, Tovuz və Axınca çayı keçən tovuz rayonu həm də müxtəlif balıq növləri olan Kür çayı hövzəsinə daxildir. Zəyəm çayı hövzəsində tapılan 300 min il yaşı olan suxurlar qədim Hunan şəhərlərinin qalıqlarından ibarət Torpaqqala abidələri 8-10 min il tarixə malik Köhnə qala və Göytəpə abidələrimiz qədim tarixə malik torpaqların aboriyent tayfa və xalqlara mənsub nümayəndələrin yaşadıqları yurd yeri olmasına əyani sübutdur. 19-cu əsrdə monqolların işğalı zamanı Torpaq qala darmadağın edilmişdir. Xunan arxı 500 ilə yaxın tarixi bəllidir.Göytəpə soba qalıqları, sümük işləmələri əkinçilik, eneolit dövrünə aid tapılan tapıntılar şəhər mədəniyyətini göstərir. Üzümçülük sahəsi inkişaf etmişdi bunu subut edir 2015 ci ildə Fransanın Kanenk şəhəri ilə əməkdaşlaşmışdı. Tovuz kanyakları və şərabları Azərbaycan brendi adı altında ixrac olunur. Əsirlik sözünün mənası qurban qanı deməkdir. Buradakı yer adlarının çoxu qədim Aşşur dilindən gəldiyi deyirlər. Bu yerlər baş gicələndirəcək gözəlliyə sahibdir. Tovuzun İsveçirəsi adlandırılan bu yerin təbiəti yaxşılığı havası, mənzərəsi, meneral suları Avropa Alp cənnətlərindən heç də geri qalmır. Aşağı Quşçu vadinin ilk kəndidir dərədəki ilk dayanacaq Əsirlik şəlaləsidir. Gədəbəyin Şınıx zonasına qədər uzanan bu istiqamətin son yaşayış məskəni mərkəzdən 55-60 km uzaqdadır. Ərirlik dərəsindəki Çatağ kəndi ərazisində çıxan tuş su müalicəvi əhəmiyyət kəsb edir. Ümumiyyətlə 586 çeşmə mövcuddur bunlardan 4 ü mədən suyu xassəsinə malik tuş sudur. Təkcə Əsirlik dərəsində 36 bulaq qaynayır. Əsirlik çayı boyunca Azaflı kəndində Qərib Seyd ziyarətgahı var . Tovuz rayonunun ecazkar təbiətinin olması füsünkar dalğalarının olması turist axınını genişləndirir. Cənab prezidentin təşəbbüsü ilə Tovuz Azərbaycanın turizim marşrutuna daxil edilmişdi dağlar boyu isdirahet mərkəzləri mövcuddur Kirən kəndində Nəcəf talası adlanan isdirahet mərkəzləri turizim üçün müəyyənləşdirilmişdi. Qafqaz albaniyasının əsas məskəni olan tovuz ərazisində əsasən də uca dağ ərazisində Albanlara aid tikililər çox rast gəlinir. Bu gün də qorunub saxlanılan belə məbədlərdən biri də Əsrlik dairəsindədir. Tovuzun təbiət abidəsi olan Haça qaya Xınna dərəsindən Keşkənd rayonu ilə qalxan yol çox sərt yamaclardan keçir qərb zonasının ən böyük ziyarətgahı olan bu qaya sanki 2 yerə bölüb. Bura Gədəbəyin Slavyanka ərazisindən rahat getmək olar. Bu yer insanların inanc yeridir. təbii cəhətdən qeyri-adi bir yerdi. tovuzun Vahidili kəndində ən məşhur tarixi abidələrdən biri 19 əsrə aid Sultan körpüsüdür bu körpünün tikintisində yumurtadan istifadə olunub həmçinin də qoyun südündən ona görə heç dağılmayaraq bu günümüzə kimi gəlib çatmışdı. Kəndə gedən yol həmin körpüdən keçir hal-hazırda yeni körpü inşa edilib və isdifadədədir Sultan körpüsü isə tarixini qoruyaraq gələnlərin ziyarətgahına çevrilib. Tovuz çayı su anbarı 18 min hektardan çox ərazinin suvarılmasına şərait yaradır. Tovuz çayının üzərində 20 milyon kub metr tutumu olan su anbarının istifadəyə verilmişdi. 1986 tikintisinə start vermişdir. 1990 cu ildə müəyyən səbəblərdən dayandırılmış. 2006 cı ildə su anbarının tikintisinə yenidən başlanmış 2014ci ildə tikinti bitmişdi. Yuxarı Öysüzlü kəndində 10 larla abidə adət-ənənə hələdə qalmaqdadır. ən məşhur tikililərdən biri də Nəsib bəy Yusif bəy qardaşlarının mülkləridir. sonuncu Şəmsəddin sultanı Nəsib sultan isə ermeni əsilli çar geniralı Mədətov tərəfindən həbs edilərək öldürülüb. Bundan sonra onun övladları təqibdən yaxa qurtarmaq üçün İranın Sulduz bölgəsinə köçüblər. 19-cu əsrin ikinci yarısında doğma yurdlarına qaydan Nəsib Sultanovun nəvələri öz ata-baba yurdlarında yaşamağa başlayıb. Sözü gedən imarəti əsasının qoyublar. Binanın memarı İstanbuldan çağırılıb işləri isə yerli ustalar həyata keçirib. Bu bina qeyri-adi arxitektura quruluşuna malikdir. Hər mərtəbəsində 10 otaq olan tikililərdə giriş həm şimal, həm də cənub tərəfdən olub. Böyüklüyünə görə Şəki Xan sarayından heç də geri qalmayan tikilidə işlər şəbəkə və keçirilmə üsulu ilə görülüb. Dam örtüyündən başqa hamsı yerli materiallardan hazırlanıb. Dirəklərdə yerli daşlardan yonulub və əhənglə birləşdirilib ki, nəm çəkdikdə sutunların keçirmələri daha sıx bərkisin. Repressiya illərində qardaşları öz ata-baba yurdlarından qovurlar və bu mülklərini yandırmaq istəyirlər Nəsib bəy deyir ki, biz yurdan getsəkdə mülk sizə qalacaq və siz isifadə edəcəksiz. Bundan bir müddət sonra mülki məktəb kimi isifadə etməyə başlayıblar hətta o vaxt sovet təbliğatından coşan kütlə hücum edərək binanı uçurmaq istəyib bu zaman Nəsib bəy camaatın qarşısına çıxaraq “Mən bu binada yaşadığımı yaşadım bu gün sabah sürgünə göndəriləcəm istəyirsiz məni öldürün amma bu evə toxunmayın, çünki bu nə qədər ki var sizə və sizin balalarınıza xidmət edəcək, – deyərək onu dağılmaqdan qoruyur. Sonradan uşaq evi, məktəb binası kimi isifadə olunan bu tikilidə onlarla uşaq oxuyub təhsil alıb. Tovuzun Yanıqlı kəndindəki Şah Abbas məscidi Səfəvilər dövründə 1 Şah Abbasın inşasına fərman verdiyi 999 məsciddən biridir. Xitabəsi günümüzə qədər gəlib çatmayıb ancaq tikilmə baxımından üsuluna görə memarının Şeyx Bəhayədin Amir olduğu söylənilir. Daxilində binanın Şərq tərəfindən künclərdə 1 mərtəbəli qərb tərəfindəki künclərdə isə 2 mərtəbəli otaqlar yerləşdirilmişdi mərkəzi günbəzlə örtülmüş kvadrat formalı məscidin memarlıq üslubuna görə Gəncədəki Şah Abbas məscidi ilə oxşarlıq təşkil edir. Bina bişmiş kərpicdən tikilmişdi.

Yanıxlı türbələri Tovuz rayonunun Yanıxlı kəndində yerləşən 3 türbədən ibarət abidədir. 2 si dörd bucaqlı 1 isə səkkiz gülşəlidir. Günümüzə qədər daha yaxşı gəlib çatmış səkkiz gülşəli türbədir. Bu türbələri əsas xüsusiyyəti onun günəşin düşməyinə yönəlmiş 4 qapıya malik olmasıdır. 19 əsrin son rübünədək təhsil dini məktəblərdə və fərdi qaydada aparılıb. İlk dünyəvi məktəb 1891 də rayonun Yuxarı Öysüzdü kəndində rus-tatar məktəbi kimi fəaliyət başlayıb. Ali məktəblərdən hərbi məktəbə gedən uşaqların sayı ildən ilə artır demək olar ki, Tovuz rayonu Respublikada Ali Hərbi məktəblərə daxil olan şagirdlər arasında 1 cidir. Hər il ali məktəbə 500 dən çox uşaqlar respublikamızın və dünyanın müxtəlif ali məktəbinə qəbul olur. bu sahədə Tovuzun uğuru çoxdur. Düzqırıxlı kəndi 19 əsirə aid Hacı Bağırov məscidi, Kiraz məbədi bu dövrə aidi.Tovuz Azərbaycanın futbol mərkəzlərindən biri sayılır. Turan Tovuz komandası Azərbaycan futbolu üçün çoxlu sayda futbolçu hazırlayıb. Turan klubunun yetirmələri hər oyunda çıxış edir ən azı 5-6 nəfər. Tovuz Aşıqlar diyarı adlandırırlar Azərbaycanda Saz müzeyi təsadüfi deyilki bu rayonun Bozalqanlı kəndində yerləşir e. ə 3 yüzillikdən Tovuz ərazisini özünə məskən seçən türk dilli bozalqan tayfasının formalaşmasında böyük rol oynayır.

 

Dünyanı həvəslə dolanan səyah

Dost-tanış olmağa Tovuza gəsin

Baxıb bu yerlərin cah-cəlalına

Xəyala salmağa Tovuza gəlsin

 

Bir üzü yaylaqdı bir üzü aran

Hər kiçik parçada hikmət axtaran

Şehli çəmənlərdə sübh ala-toran

Kəhkəşən salmağa Tovuza gəlsin. (İsa Cavadoğlu)

 

Azərbaycanın hər bölgəsində olduğu kimi Tovuz rayonununda özünün yemək növləri var belə yemək növlərinə əsasən xəmir növləri, dənli bitkilər, göyərti, pencər, kartof mənşəli yeməklər daxildir. Azərbaycan Kulinariyasında məşhur xəmir yeməklərindən biridə Tovuz xəngəli adı ilə tanınır. Pulovun və dolmanın onlarla növü eləcədə kababında təxminən bu qədər növü bəllidir. Tovuzda qədimlərdən bəri tərəvəzlərdən, göyərtidən, süd və un məhsulundan istifadə olunur. Sulu yeməklər, tərəvəz qızartmaları, müxtəlif növ pulovlar, şirniyyatlar, süd məhsulları Tovuz mətbəxinin əsas təməlidir. Tovuzda təkcə kartofdan 10 dan artıq yemək hazırlanır.

Rayonun görkəmli şəxsiyyətləri isə bunlardı Mikayıl Azaflı – Azərbaycan aşığı Azərbaycan əməkdar mədəniyyət işçisi, İlham Rəhimov azərbaycanlı iş adamı, hüquq elmləri doktoru, professor, Qənirə Paşayeva – Azərbaycan Respublikasının milli məclisinin millət vəkili, Tünzalə Ağayeva-Azərbaycan Respublikasının əməkdar artisti, Fətullah Hüseynov – Azərbaycan Respublikasının daxili işlər naziri, polis-polkovnik komandiri polkovnik Azərbaycan Silahlı Qüvvələrinin 1994 cü il Qış kompaniyasının keçirdiyi ən uğurlu əməliyyat olan Horadiz əməliyyatı. Mirzə Hacı bəy Novruzov general leytenant və. s bir çox görkəmli şəxslər vardır.

 

Hələ doxsanıncı illərin əvvəllərində Ermənistan Tovuzla 69 km məsafədə təxribat törətməyə başladı. Əli, ayağı yalın heç bir şeyi olmayan tovuzlular özünümüdafiə batolyonu yaratdılar. O zaman 242 nəfər Vətən uğrunda şəhidlik zirvəsinə ucaldı. Tovuz çoxlu şəhid versə də ermənilər bir qarış belə torpaq zəbt edə bilmədilər.

 

2020- ci il, 12 iyul. Günorta saatlarında Ermənistan Silahlı qüvvələri Azərbaycan Dövlət Sərhəd Xidmətinin Tovuz rayonunda yerləşən mövqelərini atəşə tutdu. Hətta iddia etmişdilər ki, saat 12:30-da “UAZ” markalı aftomobillə Azərbaycan Ermənistana sərhədlərinə tərəf yaxınlaşıb. Azərbaycan isə bunu inkar edərək bildirib ki, Azərbaycan Ordusu Ermənistan dövlət sərhəddini keçmək isdəsəydi, bunu avtomobillərlə deyil zirehli maşınlarla edərdi.

 

Həmçinin 2018-ci ildə etibarən Qazax, Ağstafa Tovuz, Gədəbəy və Daşkəsən rayonlarının ərazisində ermənistan sərhədinin müdafiəsinin Dövlət Sərhəd Xidmətinə həvalə edilməsi Azərbaycanın ermənistanla sərhəddə hər hansı hərbi məqsəd güdmədiyini təsdiq edir.

 

Erməni yalanı, erməni hiyləsi yenə iş başındadır. İyulun 13-də guya ermənilər Qaraqaya yüksəkliyini ələ keçirib. Azərbaycan müdafiə nazirliyi məlumatları təkzib edib və heç bir ərazi itkisinin olmadığını təsdiq edib.

 

Ermənistan Tovuzun Dondar Quşçu və Ağdam kəndlərini atəşə tutmağa başlayıb. İyulun 14-ü səhər saatlarında Tovuz rayonu Ağdam və Əlibəyli kəndlərini iriçaplı silahlarla atəşə tutub. Azərbaycan ordusunun general-mayoru Polad Həşimov, polkovnik İlqar Mirzəyev və 5 hərbi qulluqçu şəhid olub. Ağdam kəndinin 76 yaşlı sakini də düşmən təxribatının qurbanı olub.

 

Hiyləgər düşmən yenə də yalan məlumat yaymağa davam edir. Axşam saatlarında Azərbaycana məxsus 2 hücum PUA-nın vurulduğunu bildirib. Ümumilikdə 13 pilotsuz uçuş aparatının vurulduğunu bildirib ki, guya bunlardan 10-u zərbə, 3-ü kəşfiyyat aparatı olub, amma Azərbaycan bütün PUA-ların sırada olduğunu və heç bir itkinin olmadığını bildirib.

 

İyulun 15-dək toqquşma səngisə də iyulun 16-sı səhər saatlarında döyüşlər olub. Ermənistan döyüş bölgəsinə əlavə qüvvələr göndərməyə başlayıb gecə saat 4-ə Ağdam, Dondar Quşçu, Əlibəyli və Hacıalılı kəndlərini ağır artilleriya atəşinə tutub. Dondar Quşçu kəndinə 20 ədəd top mərmisi düşüb. Azərbaycan Ermənistana aid X 55 taktiki pilotsuz uçuş aparatını vurub. Ermənistan Mingəçevir Su Anbarını vuracaqlarını bildirib. Azərbaycan isə ən yeni raket sistemlərinin Metsamor AES i yüksəkliyi dəqiqliklə dəqiqliklə vura bildiyini bildirib. Ermənistanın Vazgen Sarkisyan adına Hərbi Universteti komandanlıq və Kadr fakültəsinin rəhbəri Arçrun Ovanisyan Saat 11:00 radələrində gündəlik brifdə bildiribki Azərbaycan 120 dəfə atəşkəsi pozub. 17 iyul sakitlik olsa da gərginlik davam edirdi. Sutka ərzində 97 dəfə atəşkəs rejimi pozulub. Ağdam və Muncuqlu kəndidə atəşkəs rejiminin pozulduğu mövqeyə daxildir. 18 iyul 53 dəfə sutka ərzində atəşkəs pozulub. Tovuz rayonunun Ağdam kəndində Gədəbəy rayonunun Göyəlli kəndindəki mövqelər də bura daxildir. 19 iyul ermənistan atəşkəsi 70 dəfə pozub 20 iyul Ermənistan atəşkəs 60 dəfə pozaraq Tovuz rayonunun Koxanəbi, Əsrik, Cırdaxan kəndləri və Gədəbəy rayonunun Zamanlı kəndi atəşkəs rejiminin pozulduğu bölgədir. 21 iyun atəşkəs rejimini 65 dəfə pozulub.

 

Gədəbəyin Zamanlı kəndi atəşkəs rejiminin pozulduğu bölgədir. ermənistan gecə 00:33 Ağdamda səhər 08:45 Tovuzda kəşfiyyat uçuşu keçirməyəcək göstərir azərbaycan hərbi hava qüvvələri tərəfindən aşkarlanaraq hər iki PUA vurulub. 22 iyul atəşkəs 38 dəfə pozulub. Tovuzun Əlibəyli, Ağbulaq kəndləri və Gədəbəyin Zamanlı kəndi atəşkəsin pozulduğu mövqeylərə daxildir. 23 iyul atəşkəs 47 dəfə pozulub. Tovuz rayonu Ağdam kəndi və Gədəbəy rayonu atəşkəs rejiminin pozulduğu mövqeyə daxildir. Döyüşlər zamanı azərbaycanın müxtəlif yerlərindən Bakıda dəstək aksiyası keçirilib əllərində bayraq tutaraq “Qarabağ azadlıq” şuru səsləndiriblər. İyulun 14-də baş tutan aksiya Şəhidlər Xiyabanına yürüşlər davam edib. Aksiya zamanı bir qrup şəxs millətlər məclisinin binasına daxil olublar və bir sıra dağıntılar törədiblər. İyulun 14-də Azərbaycanın Fransadakı səfirliyinin binasına qarşı vandalizm aktı törədilməsi ilə bağlı Fransanın Azərbaycandakı səfiri XİN-ə çağırılaraq qarşı tərəfə etiraz bildirilib.

 

Prezident İlham Əliyev 15 iyul XİN- nin və nazir Elman Məmmədyarovun fəaliyyətini sərt tənqid edib. 16 iyul vəzifədən azad edilib. Toqquşmalar başa çatdıqdan sonra iyulun 17-sindən avqustun ortalarına kimi Rusiyadan Ermənistana əlavə qüvvələr gətirilib. Rusiya,Qazaxıstan, Türkmənistan və İranın hava məkanından istifadə edərək il-76 hərbi nəqliyyat təyyarələri ilə Ermənistana 400 tondan artıq hərbi təyinatlı yük daşınıb. Avqustun 12 sində İlham Əliyev Putinə zəng edərək bunun Azərbaycanda narahatlıq və suallar doğrultduğunu bildirib. Daha sonra müdafiə naziri Sergey Şoyqu Rusiyanın hər il təşkil etdiyi ordu qanunlarının dəniz mərhələsi ilə əlaqədar olaraq Bakıya gələrkən təyyarələrin guya” inşaat materialları “daşıdığı şəklində gülünc izah etmişdir. Ermənistana silah daşınması avqustun 25indən Rusiya, Qazaxıstan, Türkmənistan, İran, Ermənistan, Yerevan marşrutu ilə İl-76 hərbi nəqliyyat təyyarələri ilə davam etdirilib. Hərbi əməliyyatların başlamasına bir neçə gün qalmış Serbiyadan Ermənistana minaatan mərmilər çatdırılıb, Gürcüstan üzərindən Ermənistana keçirilib. Habelə Gürcüstan üzərindən” Kamaz” avtomobilləri ilə Rusiyadan minaatanlar “Qırad” qurğuları və digər ləvazimatları daşındığı məlumatları yayılıb. Bu Azərbaycan tərəfindən narahatlıqla və hiddətlə qarşılanıb. Serbiya naziri Rasim Lyaiç etiraf edib və bildirib ki, Ermənistana qarşı sanksiyaların olmadığını və bu vəziyyətdə bir alıcıya imtina etməyin çətin olduğunu bildirib. Ukraynanın Ermənistandakı səfirliyi qarşısında Ukraynanın Azərbaycanı dəstəkləməsinə etiraz aksiyası keçiriblər və” Bişirdiyiniz borşu özünüzdə yeyin” – deyərək səfirliyin divarına töküblər.

 

Tovuz döyüşlərində tovuzlular igid əsgərlərimizə çox böyük dayağ oldular. Qızğın döyüş zamanı heç nədən qorxmayaraq ölümün gözünə dik baxaraq bütün rayon əhalisi sərhədlərə axışmışdı. Camaat arasında belə bir söz yayıldı Ermənilər post qururlar ki, əsgərlər geriyə qaçmasın Azərbaycanlılar post qururlar ki, könüllülər sərhəddə yaxınlaşmasın. Heç kim Tovuz əhalisinin qarşısını ala bilmirdi əhali tələb edirdi ki, onlara silah sursat verilsin onlarda döyüşə qoşulsun ordumuza dəstək olsun. Budur Tovuzluların qorxmazlığı. Budur Tovuzluların cəsarəti. Tovuz əhalisinin belə dəstəyi əsgərlərimizi, hərbiçilərimizi daha da ruhlandırdı.

Tovuzun bu tarixilə hər birimiz fəxir edirik. Özünün əməksevər, vətənpərvər insanlarının səyi nəticəsində gözəl təbiəti olan Tovuzun gündən günə inkişaf edib müasirləşməsinində bu gün şahidi oluruq. Heydər Əliyev bu qədim oğuz diyarı haqqında danışarkən işlətdiyi məşhur bir ifadə var: “Tovuzun ən qiymətli sərvəti onun əməksevər insanlarıdır”.

 

 

Südabə Məmmədova, BDU-nun Jurnalistika fakültəsinin tələbəsi

Araşdırmaçı: “Turaz.org” Təhlil Komandası- Südabə Məmmədova

 

Translate »