Sentyabr 30, 2022

Tramp Ağ Ev yaxınlığında açılan atəşə görə brifinqdən uzaqlaşdırılıb.

ABŞ prezidenti Donald Tramp Təhlükəsizlik Xidmət tərəfindən mətbuat konfransından qəfildən uzaqlaşdırıldıqdan sonra Ağ Ev yaxınlığında bir nəfərə atəş açıldığını deyib. Cənab Tramp müxbirlərə insidentin nəzarət altına alındığını bildirib. O müxbirlərə açıqlama verərkən Təhlükəsizlik Xidmətinin əməkdaşlarından biri səhnəyə çıxıb və qulağına nə isə pıçıldayıb. Cənab Trampın brifinq zalını tərk edərkən “Oh” və “ Nə baş verir” dediyi eşidilib. Hadisə zamanı Ağ Ev mühasirəyə alınıb. Bazar Ertəsi baş verən hadisə zamanı mühafizəçi kürsüdə cənab prezidentin sözünü kəsib. Cənab Tramp təxminən 9 dəqiqə sonra geri qayıdıb və jurnalistlərə ABŞ Təhlükəsizlik Xidmətinin silahlı şübhəliyə atəş açdığı və şübhəlinin xəstəxanaya aparıldığını dedi. Cənab Trump bunun qeyri-adi hal olduğunu etiraf etdi, ancaq həm də ABŞ Təhlükəsizlik Xidmətinin peşəkarlığını təriflədi: “ Ağ Evin yaxınlığında atışma baş verib, vəziyyət nəzarət altındadır, lakin açılmış real bir atəş var və kimsə xəstəxanaya aparılıb. Həmin şəxsin vəziyyəti barədə məlumatım yoxdur”. Həmçinin ABŞ Təhlükəsizlik Xidməti “Twitter” də “ Təhlükəsizlik xidməti Pensilvaniya bulvarı 17ci küçədə atəş açan bir zabitin olduğunu təsdiq edir” deyə yazıb, daha sonra əlavə edib ki, bir nəfər və ABŞ Təhlükəsizlik Xidməti zabiti yerli xəstəxanaya çatdırlıb, bu hadisələr zamanı hər hansı qarışıqlıq olmadı və mühavizəçilər təhlükə altında qalmadı. Cənab Tramp müxbirlərə
şübhəlinin ona qarşı hər hansı bir pis niyyətinin olub olmadığını bilmədiyini dedi və daha sonra əlavə etdi “Bunun mənimlə heç bir əlaqəsi olmaya bilər”. Bir jurnalist cənab Trampdan hadisədən sarsılıb sarsılmadığını soruşdu. O isə“ Sarsılmışa oxşuyuram?” deyə cavab verdi. Daha sonra Cənab prezident əlavə etdi: “Təəssüf ki, bura dünyadır, amma dünya həmişə təhlükəli bir yer olmuşdur. Bu unikal bir şey deyil. Geriyə baxsan dünya əsrlər boyu təhlükəli yer olub, deyəsən, təhlükəli olmağa da davam edəcək.” O jurnalistlərə hadisə zamanı brifinq zalından Oval ofisə aparıldığını dedi. Mətbuat konfransı başlayarkən, həmçinin, Xəzinə naziri Steve Mnuchin və İdarəetmə və Büdcə naziri Russ Vused də çıxış etdilər. Qapılar qapandı. Associated Press-in verdiyi məlumata görə, Kolumbiya Yanğınsöndürmə İdarəsi bir adamın ciddi və ya ağır xəsarət aldığını söylədi. Xəbər agentliyi, səlahiyyətlilərin bu şəxsdə ruhi xəstəliklərin olub olmadığını araşdırdıqlarını da bildirdi.

.

Mənbə:BBC.com
Müxbir:turaz.org xüsusi müxbiri Aytac Cəfərova

Tərcüməçi:Arzu Ələkbərsoy

Həmçinin bax:https://tehsilim.org/kkm-group-ile-pese-merkezinin-birge-emekdasligi/

https://kafkazh.com/dinamika-nyutonun-qanunlari/

Translate »