Dekabr 9, 2022

Trampın keçmiş müşaviri həbs olunub

Donald Trampın keçmiş müşaviri Stiv Bannon keçən il Kapitol iğtişaşını araşdıran Konqresin müvafiq komitəsi ilə əməkdaşlıqdan imtina etdiyinə görə 4 aylıq həbs cəzasına məhkum edilib.

Turaz.org-un BBC-yə istinadən verdiyi xəbərə görə, o, həmçinin 6500 dollar cərimələnib.

Bannon iş üzrə apellyasiya şikayəti verməyi planlaşdırır və hakim apellyasiya prosesi başa çatana qədər onu azadlığa buraxıb.

Translate »