Fevral 3, 2023

Türk Akademiyasının rəhbəri TÜRKSOY-un baş katibi ilə görüşüb

Türk Akademiyasının prezidenti Şahin Mustafayev Astanaya işgüzar səfərə gəlmiş Beynəlxalq Türk Mədəniyyəti və İncəsənətinin İnkişafı Təşkilatının (TÜRKSOY) baş katibi Sultan Raev ilə görüşüb.

 

Turaz.org Türk Akademiyasına istinadən xəbər verir ki, ikitərəfli görüş zamanı tərəflər gündəlikdəki mühüm məsələləri müzakirə edib və birgə tədbirlərə dair fikir mübadiləsi aparıblar. Akademiyanın rəhbəri Akademiyanın həyata keçirdiyi gələcək planları bölüşüb, qurumun gələcək fəaliyyət istiqamətləri barədə məlumat verib. Raev öz növbəsində Mustafayevi yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edərək ona gələcək fəaliyyətində uğurlar arzulayıb. O, həmçinin Türk Akademiyasının türk dünyasının elmi inteqrasiyası istiqamətində fəaliyyətini yüksək qiymətləndirib, birgə və maarifləndirici tədbirlərin həyata keçirilməsi ilə bağlı təkliflər səsləndirib. Görüşün sonunda Mustafayev hörmətli qonağa təşəkkür edib və Akademiyanın qiymətli nəşrlərini təqdim edib.

Müxbir: Aytac Cəfərova

Tərcüməçi: Günay Xankişiyeva

Həmçinin bax: https://turaz.org/qirgizistan-ve-yaponiya-enerji-sahesinde-emekdasligi-muzakire-edibler/

Translate »