Noyabr 28, 2022

Türk Dövlətləri Təşkilatı: Qazaxıstandakı president seçkiləri açıq və şəffaf keçirilib.

Türk Dövlətləri Təşkilatı beynəlxalq müşahidə missiyası Qazaxıstan keçirilən növbədənkənar prezident seçkiləri şəffaf, açıq, və Qazaxıstan milli qanunvericiliyi eyni zamanda beynəlxalq standartlara uyğun rəqabət şəraitində keçirildiyini təsdiqləyib.

 

Turaz.org Türk Dövlətləri Təşkilatının Baş Katibinin müavini, missiyanın rəhbəri Ömər Kocamanın brifinqdəki nitqini təqdim edir: “Missiya nümayəndələri 16 seçki dairələrini ziyarət edib və heç bir zorakılıq əməlini müşahidə etməyib. Missiya yerli və beynəlxalq müşahidəçilərin iştirakı ilə seçkilərdə şəffaflığın və qanunvericiliyin olduğunu gördü. Onlar həmcinin 111 nömrəli seçki məntəqəsində səsvermə prosesində iştirak etdilər. Seçkilər haqqında milli qanunvericiliyə uyğun olaraq bülletenlər vaxtında hesablanmış və seçkilərin nəticələri açıqlanmışdır.”

Türk Dövlətləri Təçkilatı adından o Qazaxıstanı və Qazaxıstan xalqını uğurlu seçkilər münasibətilə təbrik edib, seçkilərin nəticələrinin ölkənin rifahının yüksəldilməsinə, türk dünyasında qardaşlıq əlaqələrinin möhkəmlənməsinə töhfə verəcəyinə ümidvar olduğunu bildirib.

 

Müxbir:Aytac Cəfərova

Tərcüməçi: Nigar Yusubova

Həmçinin bax: https://turaz.org/rusiya-prezidenti-tokayevi-seckilerdeki-qalibiyyetine-gore-tebrik-edib/

Translate »