Oktyabr 3, 2022

Türk Dövlətləri Təşkilatı səfirliyə təxribatı pislədi

Azərbaycanın Londondakı səfirliyinə radikal dini qrup tərəfindən edilən vəhşi və qəbuledilməz hücumu pisləyirik”.

Turaz.org xəbər verir ki, bu barədə Türk Dövlətləri Təşkilatının yaydığı məlumatda bildirilib.

“Radikal dini qruplar tərəfindən Türk Dövlətləri Təşkilatının qurucu üzvü Azərbaycanın Londondakı səfirliyinə qarşı zorakı və qəbuledilməz hücumu pisləyirik. Biz bu vandalizm aktını hərtərəfli araşdırmağa çağırırıqBu insanlıqdan kənar hərəkətin əhatəli şəkildə araşdırılmasına çağırırıq”, – məlumatda deyilir.

Qeyd edək ki, avqustun 4-də Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyi bir qrup radikal dini dəstənin hücumuna məruz qalıb. Səfirliyin binasına daxil olaraq, vandalizm aktı törədən qrup üzvləri binanın eyvanında dini bayraqlar qaldırıb və radikal dini şüarlar səsləndiriblər. Yerli polisin müdaxiləsindən sonra qrup üzvləri binadan çıxarılıb.

İlkin məlumata görə, hücumla əlaqədar 8 nəfər saxlanılıb.

Translate »