Özbəkistan prezidenti Şövkət Mirziyoyevin ev sahibliyi ilə Türk Dövlətləri Təşkilatının dövlət başçılarının zirvə görüşü noyabrın 11-də Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək.
Turaz.org xəbər verir ki, zirvə görüşündə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev, Qazaxıstan Respublikasının prezidenti Qasım-Comərt Tokayev, Qırğızıstan Respublikasının prezidenti Sədir Cəfərov, Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyip Ərdoğan, Türkmənistanın keçmiş prezidenti ,Milli Gengeşin (Şuranın) sədri Qurbanqulu Berdirməhəmmədov, Macarıstanın baş naziri Viktor Orban və TDT-nın baş katibi Bağdad Amreyevin iştirak edəcəyi gözlənilir.
“Türk sivilizasiyanın yeni dövrü: Ümumi inkişafa və tərəqqiyə doğru” mövzusuna həsr edilmiş görüşdə təşkilatın gərgin gündəliyinin müzakirəsi üçün yüksək səviyyəli platforma təşkil ediləcək. Bu zaman dövlət başçıları bir sıra mühüm məsələləri müzakirə edəcək, eləcə də TDT-nin iqtisadiyyat, ticarət, nəqliyyat və gömrük sahələrində layihələrinin müxtəlif müqavilələrini və rəsmi sənədlərini yekunlaşdıracaqlar.
Bundan əlavə, Təşkilat üçün daha bir mühüm mərhələ təşkil edəcək sammitdə liderlər üzv və müşahidəçi dövlətlər arasında müxtəlif sahələrdə çoxtərəfli əməkdaşlığın əsas məsələlərini müzakirə edəcək, regionda və ondan kənarda baş verən bir sıra siyasi və iqtisadi hadisələrlə bağlı fikir mübadiləsi aparacaqlar.
Sammit proqramının yekununda Təşkilatın fəaliyyətdə olan ofisi Türkiyədən Özbəkistana köcürüləcək və dövlət başçıları TDT Katibliyində rəhbər vəzifələr də daxil olmaqla bir sıra qətnamələrlə birlikdə Səmərqənd Bəyannaməsini imzalayacaqlar.
Sammitdən öncə gündəlikdəki məsələlər və dövlət başçıları tərəfindən imzalanacaq sənədlər üzrə yekun işin görülməsi üçün TDT Xarici İşlər Nazirləri Şurasının 10 noyabr 2022-ci il tarixində Səmərqənddə iclası keçiriləcək.
Müxbir:Aytac Cəfərova
Tərcüməçi: Nigar Yusubova
Həmçinin bax: https://turaz.org/prezident-tokayev-turk-dovletleri-teskilatinin-zirve-toplantisinda-istirak-edecek/
Son Xəbərlər
Özbəkistan BMT-də Aral problemini qaldırıb
Qazaxıstanda keçirilən parlament seçkilərində səsvermə yekunlaşdı
Türkiyədə prezidentliyə müraciət prosesi başladı