Türkiyənin milli aviadaşıyıcısı – “Türk Hava Yolları” şirkəti bu gün üçün İstanbul-Bakı (TK334) və Bakı-İstanbul (TK335) reyslərini ləğv edib.
Turaz.org xəbər verir ki, Aviaşirkətdən verilən məlumata görə, buna səbəb Türkiyədə hava şəraitinin uçuş üçün əlverişli olmamasıdır.
Qarşıdakı günlərdə nəzərdə tutulan aviareyslərlə bağlı isə heç bir dəyişiklik yoxdur. Sərnişinlər bu gün uçmaq üçün aldıqları biletləri başqa tarixə dəyişə və yaxud geri qaytara bilərlər.
Müxbir: Əzizə Əlizadə
Son Xəbərlər
Səid Məmmədov: Rəsm çəkməyi, şahmat oynamağı çox sevirəm-MÜSAHİBƏ
Əlimərdan bəy Topçubaşovun Parisdəki məzarı ziyarət edilib
Azərbaycanda Müstəqillik Günüdür