Türk Şurası, Londonda Aytmatov Akademiyası, Qırğızıstanın İstanbuldakı Baş Konsulluğu və İstanbul Universiteti birlikdə dünyanın böyük yazıçısı Aytmatovun xatirəsinə “Çingiz Aytmatov və Türk Dünyası” adlı Beynəlxalq Konfrans 1 oktyabr 2021-ci ildə İstanbulda təşkil edilib.
Turaz.org xəbər verir ki, Türk şurası baş katibinin müavini Sultan Raev, Türk Şurası qərargahında keçirilən konfransın açılış mərasimində, Aytmatovun ədəbi şah əsərlərində əks olunan müdrik şəxsiyyəti ilə türk dünyasının ən əhəmiyyətli romançısı olduğunu qeyd edib. Əsərlərinin 160-dan çox dünya dilinə tərcümə edildiyini vurğulayan Sultan Raev, bunun türk mədəniyyətinin və ədəbiyyatının tanıdılması və inkişaf etdirilməsi baxımından üstün bir xidmət olduğunu vurğulayıb.
Londonda Aytmatov Akademiyasının sədri Prof. Dr. Rəhimə Abduvəliyeva Çingiz Aytmatovun şəxsiyyətindən, əsərlərindən və həyatından bəhs edərək, böyük yazıçının əsərləri ilə müxtəlif qitələrdən insanların daxili dünyasına nüfuz etdiyini və ürəklərini fəth etdiyini ifadə edib.
Baş konsul Lira Sudıkova çıxışında Çingiz Aytmatovun bir çox müəllif, şair, jurnalist və kinorejissor üçün ilham mənbəyi olan dünya ədəbiyyatını əks etdirən görkəmli əsərlər buraxdığını qeyd edib. Türk Dünyasının Aytmatovun romanları sayəsində bütün dünyaya tanıdıldığını deyən Baş Konsul, məşhur yazarın insan, vicdan, yaxşılıq və mənəvi məsələlərə böyük əhəmiyyət verdiyini vurğulayıb.
Açılış mərasimində Prof. Dr. İstanbul Universitetinin Avrasiya Araşdırmaları və Farabi Araşdırma Mərkəzinin direktoru Abdullah Qızılcık, İstanbul Universitetinin Çağdaş Türk Dilləri Bölümü Ədəbiyyat Fakültəsi Bölüm Başçısı Prof. Dr. Mehmet Ölməz və Kastamonu Universitetinin Çağdaş Türk Ləhcələri və Ədəbiyyatı Bölümü rəhbəri Prof. Dr. Orxan Söyləməz də iştirakçılara xitab edib.
Tədbir çərçivəsində Qırğızıstandan olan rəssam və şairlərin səhnə şouları nümayiş olunub, Çingiz Aytmatovun həyat və yaradıcılığından bəhs edən videoçarxlar nümayiş olunub.
Tərcüməçi: Həmidə İskəndərova
Həmçinin bax: turaz.org/libe-nin-iki-numayende-heyeti-macaristana-qarsi-caduger-ovunu-dayandirmaga-cagirib
Həmçinin bax: kafkazh.com/qaraxaniler-dovleti
Son Xəbərlər
İranın Rusiyaya ixracı 57% artdı
İranda 3 məhkum edam edildi
Latviyanın yeni prezidenti seçilib