Noyabr 27, 2021

“TURKIC.World” layihəsi Türk Şurasının media forumunda təqdim olunub

Trend Xəbər Agentliyi və Türkiyənin Albayrak Media Qrupu tərəfindən hazırlanan “TURKIC.World” layihəsi Türk Şurasının İstanbulda keçirilən media forumunda panel müzakirələri zamanı müzakirə olunub.

Turaz.org xəbər verir ki, panel müzakirələrində çıxış edən Albayrak Media Qrupunun nümayəndəsi Samir Babaoğlu qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında dostluq və qardaşlıq şəraitində qurulan dövlətlərarası münasibətlər bu gün həqiqətən də öz inkişafının pik dövrünü yaşayır.

“Əminliklə demək olar ki, Azərbaycan-Türkiyə qardaşlığının özəyi olan türk birliyi yeni mərhələyə qədəm qoyur. 44 günlük İkinci Qarabağ müharibəsi zamanı Türkiyədən Azərbaycana həm siyasi, həm də mənəvi dəstək verilir.

“Bu, ölkələrimizin təsir və təzyiqlərə birgə reaksiyasının, yəni media əlaqələrinin inkişaf etdirilməsinin əhəmiyyətini vurğuladı. Media vasitəsi ilə Azərbaycan və Türkiyə bütün dünyaya ədalətin səsini çatdırdı.”

O, həmçinin qeyd edib ki, Azərbaycan və Türkiyə liderlərinin səyləri nəticəsində güclənən mediada əlaqələri uğurla davam etdirmək üçün Albayrak Media Qrupu Trend İnformasiya Agentliyi ilə birlikdə birlik, həmrəylik ideyasını rəhbər tutur.

“Türk dünyasının ilk rəqəmsal platforması” “TURKIC.World”-un gözləntilərimizi doğrultduğunu bildirməkdən məmnunuq. Hazırda platformada rus və ingilis dillərində də xəbərlər dərc olunur. Bu il 24 Mayda başladığımız media layihəsinə qısa müddətdə Qırğızıstan “Kabar” Milli Xəbər Agentliyi və Türkmənistan mediası da qatılıb. Qısa müddətdə Özbəkistan və Qazaxıstan da layihəyə qoşulacaq. Fürsətdən istifadə edərək, bu layihəyə qoşulduqları üçün Qırğızıstanın “Kabar” Milli Xəbər Agentliyinə və Türkmənistan Xarici İşlər Nazirliyinə təşəkkürümü bildirirəm ” deyə Samir Babaoğlu bildirib.

“24 may 2021 -ci ildə Bakıda ilk Türk Dünyası rəqəmsal layihəsinin təqdimatı olub. Təqdimat mərasimində media strukturlarının rəhbərləri, türkdilli dövlətlərin diplomatları, Milli Məclisin deputatları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Unikal proqram təminatı layihəni təkmilləşdirməyə və onun iştirakçılarından başqa digər türkdilli dövlətləri də yaradılmış rəqəmsal platformaya qoşmağa imkan verir. Rəqəmsal platformanın mobil versiyası da hazırlanıb.

Layihənin məqsədi, türkdilli ölkələrin xalqlarının ortaq tarixi, dini, mədəni dəyərləri və dillərinə əsaslanan Türk dünyasının həmrəyliyi üçün vahid bir ünsiyyət platforması yaratmaq və məzmununu bir qaynağa çevirməkdir.” deyə məlumatda bildirilib.

Tərcümə edən: Şirinzadə Aliyə

Həmçinin bax: https://turaz.org/cin-mekteblilere-ev-tapsirigi-ile-bagli-tezyiqleri-aradan-qaldirmaga-calisir/

Translate »