İyun 3, 2023

Türkiyə, Rusiya və Ukrayna nümayəndələri İstanbulda uğurlu nəticələr əldə ediblər

Mayın 10-11-də İstanbulda Türkiyə, Rusiya və Ukrayna Müdafiə nazirliklərinin nümayəndələrinin iştirakı ilə davam edən müzakirələr uğurla nəticələnib.

Turaz.org xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, tərəflər Ukrayna limanlarında qalan Türkiyə gəmilərinin və ekipajlarının ölkəyə təhlükəsiz şəkildə qayıtması, təxliyə fəaliyyətinin planlaşdırılması və bu prosesin icrası ilə bağlı razılıq əldə ediblər. Həmçinin Ukrayna limanlarındakı digər ölkələrə məxsus gəmilərin gələcəkdə təxliyəsi ilə bağlı fikir mübadiləsi aparılıb. “Taxıl sazişi”inə dair də müsbət nəticələr əldə olunub. Tərəflər “Taxıl sazişi”nin icrasının davam etdirilməsi haqqında müzakirələrin gələcəkdə də davam etdirilməsinə razılıq veriblər.

Translate »