Oktyabr 28, 2021

Türkiyə enerji layihələri üçün geniş imkanlara malikdir

Türkiyə enerji layihələri üçün geniş imkanlara malikdir

Qara dənizdə ən böyük qaz yatağını kəşf edən Türkiyə bölgədə qazılan digər quyulardan da eyni miqdarda “mavi yanacaq” tapılacağına ümidlidir. Bu sahədə fəaliyyətimiz davam edəcək. Ən əsası odur ki, zəngin bir yataq kəşf etmişik. Bu yataqdakı qaz ehtiyatı Norveçin 2010-cu ildən bəri kəşf etdiyi bütün yataqlardan daha böyükdür.
Bu fikirləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Almaniyanın Xarici İşlər naziri Heiko Maas ilə Ankarada keçirdiyi mətbuat konfransında deyib.
Türkiyənin enerji idxal etməklə bərabər bu sahədə tranzit ölkə olduğunu diqqətə çatdıran nazir vurğulayıb ki, bölgədəki enerji layihələri Türkiyənin iştirakı olmadan gerçəkləşə bilməz. “Sakarya” yatağındakı ehtiyatın müəyyən müddət Türkiyənin orta hesabla otuz faiz ehtiyacını ödəyəcəyini bildirən nazir Mövlud Çavuşoğlu deyib ki, “Türk axını”, eləcə də Azərbaycan qazını nəql edən TANAP Avropaya birləşən enerji layihələridir. Türkiyə elektrik enerjisinin idxalı, ixracı və mübadiləsi imkanlarına malik olan coğrafiyada yerləşir. Türkiyə enerji layihələri üçün ən geniş imkanlara malikdir.

Mənbə: azertag.az
Müxbir: turaz.org xüsusi müxbiri Hüseynova Jalə

Həmçinin bax:https://turaz.org/afrika-covid-19-dan-olenler-30-000-neferi-kecib/

Həmçinin bax:https://www.bbc.com/azeri/azerbaijan-53814294

Translate »