Dekabr 9, 2021

Türkiyə hərbçilərinin Azərbaycanda qalma müddətinin uzadılması müzakirə ediləcək

Azərbaycandakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzindəki Türkiyə hərbçilərinin səlahiyyət müddətinin uzadılması ilə bağlı Prezident admnistrasiyasının qanun layihəsi Böyük Millət Məclisinə təqdim olunub.

Turaz.org xəbər verir ki, bu barədə məlumatı “Milliyet” qəzeti yayıb.

Qeyd edilib ki, layihənin noyabrın 9-da müzakirə ediləcəyi planlaşdırılır.

Xatırladaq ki, 2020-ci il noyabrın 16-da Türkiyə Böyük Millət Məclisi Türkiyə Silahlı Qüvvələrinə Azərbaycana əsgər göndərmək üçün bir il müddətinə səlahiyyət vermişdi.

Atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi Ağdamda yerləşir.

 

Müxbir: Əzizə Əlizadə

Translate »