Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) İraqın Qara bölgəsində PKK terror təşkilatının liderlərindən Əhməd Gümüşün məhv edilməsi üçün uğurlu əməliyyat keçirib.
Turaz.org-a Ankaradakı təhlükəsizlik strukturlarındakı mənbələrdən verilən məlumata görə, Gümüş “Cudi Engizek” çağırış nişanı ilə Yunanıstanda təlim keçib və bir müddət PKK liderlərindən biri Murat Karayılanın şəxsi mühafizəsində olub.
Bu terrorçu Türkiyə təhlükəsizlik qüvvələrinin üzvlərinə qarşı bir çox terror aktlarının təşkilatçısı və icraçısı hesab olunurdu və digərləri ilə yanaşı, Türkiyə ərazisində polis bölmələrinə silahlı hücumlarda iştirak edib.
Əhməd Gümüş Suriya və İraqdakı qanlı təşkilatın ehtiyacları üçün yaraqlılara və kamikadzelərə təlim keçib.
Hərəkətləri uzun müddət Türkiyə xüsusi xidmət orqanları tərəfindən izlənilən terrorçu MİT-in İraqın şimalında keçirdiyi xüsusi əməliyyat zamanı məhv edilib.
Son Xəbərlər
Ermənistanda bir qrup insan 44 günlük müharibənin nəticələrinə görə aksiya keçirir
İran bunu da etdi: Başqa dillərdən istifadə edənlər…
ÜST: “Sudanda 600-dən çox insan ölüb, 5 mindən çox insan yaralanıb”