Dekabr 4, 2022

Türkiyə lideri: “Şuşada Baş konsulluq açırıq”

“Biz də Şuşada Baş konsulluq açırıq”.

 

Turaz.org “Haber Global”a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.

 

O, regionda avtomobil yolları ilə yanaşı, dəmir yollarının da çəkilməsinin vacibliyini vurğulayıb: “Bunlar başa çatan kimi artıq Şuşaya yol açılacaq. Bu yerlər həm yerli, həm də xarici turistlərlə canlanacaq”.

 

R.T.Ərdoğan Şuşanın Azərbaycanın ən mühüm cazibə mərkəzi olduğunu bildirib: “İlham bəy (Azərbaycan Prezidenti İlham Əliyev – red.) bundan sonra tikiləcək otellərlə bu cazibə mərkəzini daha da cəlbedici edəcək. Çünki o nöqtədə atılacaq addımlar var. Amma həqiqətən də cənab Prezident dayanmır. Çox qısa müddətdə tikilən birmərtəbəli də olsa, o binalarla bura bir hərəkət gətirdi. Amma Şuşaya qoyulacaq mehmanxana investisiyaları onu həm də cazibə mərkəzinə çevirəcək. Biz də Şuşada Baş konsulluq açırıq”.

 

Müxbir: Əzizə Əlizadə

Həmçinin bax: https://turaz.org/azerbaycan-mudafie-nazirliyi-ermenistanin-aciqlamasini-tekzib-edib/

Translate »