Dekabr 8, 2021

Türkiyə ordusu PKK-nın daha 4 terrorçusunu zərərsizləşdirib

 

Türkiyə Silahlı Qüvvələri “Barış Pinarı” və “Pençe-Yıldırım” əməliyyat zonalarında PKK/YPG-nin 4 terrorçusunu zərərsizləşdirib.

Turaz.org xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“Barış Pinarı” antiterror əməliyyatında 1, “Pençe-Yıldırım”da isə 3 PKK terrorçusu məhv edilib.

Terrorçuların zərərsizləşdirilməsi əməliyyatı xüsusi təyinatlılar tərəfindən həyata keçirilib.

Məlumata görə, terrorçular bölgədə terror aktları planlaşdırırmış.

Müxbir: Əzizə Əlizadə

Həmçinin bax:https://turaz.org/erdoganla-baydenin-gorusunun-qlazqoda-bas-tutacagi-gozlenilir/

Translate »