Avqust 14, 2022

Türkiyə Prezidenti Avropa İttifaqı Şurasının rəhbəri ilə görüşüb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Madriddə keçirilən sammiti çərçivəsində Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişellə görüşüb.

 

Turaz.org xəbər verir ki, bu barədə Şarl Mişel tviterdə yazıb.

 

“Biz Madriddə Prezident Ərdoğanla Türkiyənin BMT-nin baş katibi Antonio Quterreşin Ukraynadan taxıl ixracının bərpası səylərinə dəstəyini müzakirə etdik. Rusiyanın suveren dövlətə təcavüzü qəbuledilməzdir”, – Şarl Mişel qeyd edib.

 

Müxbir: Əzizə Əlizadə

Translate »