Oktyabr 20, 2021

Türkiyə Qırğızıstan iqtisadiyyatının inkişafına dəstək verməyə hazırdır

Qırğızıstanın energetika və sənaye naziri Doskul Bəymirzəyev Türkiyə Respublikası Böyük Millət Məclisinin sədri Mustafa Şəntopla görüşüb.

Turaz.org xəbər verir ki, Qırğızıstan Energetika Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüş Bəymirzəyevin Türkiyəyə işgüzar səfəri çərçivəsində baş tutub.

Görüşdə sənaye və texnologiya sahəsində ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə edilib.

Qırğızıstanın energetika və sənaye naziri Doskul Bəymirzəyev, Qırğızıstan və Türkiyənin strateji tərəfdaş olduğunu qeyd edərək, sənaye sahəsində əməkdaşlıq haqqında razılaşmanın qarşılıqlı ticarət dövriyyəsinin artırılması üçün əsas olacağına ümid etdiyini bildirib.

Mustafa Şentop Türkiyə tərəfinin Qırğızıstan iqtisadiyyatının inkişafına dəstək verməyə hazır olduğunu qeyd edib.

Nazir Bəymirzəyev Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Fatih Dönməzlə də görüşüb.

Tərəflər iki ölkə arasında enerji sektorunda əməkdaşlığı müzakirə ediblər.

Tərcüməçi Həmidə İskəndərova

Həmçinin bax:https://turaz.org/erdogan-baki-tbilisi-qars-demiryolu-xettinin-ehemiyyetinden-danisib/

Translate »